Türkiyə XİN ABŞ-a cavab verdi
Mьəllif: admin1
Tarix: 11-02-2021, 20:55
Bцlmə: Xəbərlər
Türkiyə XİN ABŞ-a cavab verdi
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy ABŞ-ın Osman Kavala haqqında mövqeyinə münasibət bildirib.

O, açıqlamasında bildirib ki, Türkiyə bundan əvvəl 28 iyul 2020-ci il tarixində ABŞ-a rəsmi olaraq cavab verib.

"Türkiyə hüquq dövlətidir. Heç bir dövlət və yaxud heç kimsə Türkiyə məhkəmələrinin mühakimə prosesləri barəsində əmr verə bilməz", - deyə Hami Aksoy diqqətə çatdırıb.

Hami Aksoy açıqlamasında qeyd edib ki, Türkiyənin daxili işlərinə qarışmamaq barəsində bundan əvvəl dəfələrlə xəbərdarlıq olunub.
(eastnews.org)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031