1 milyon amerikalı Trampın məhkəmə qarşısına çıxarılmasını istəyir
Amerikanın mütərəqqi qrupu ABŞ-ın baş prokuroruna keçmiş prezidentə qarşı məhkəmə işinin qaldırılması ilə bağlı müraciət edib.
Qrup ABŞ-ın baş prokuroru Merrik Qarlanddan Trampın məhkəməsinin keçirilməsini tələb edib. Proqressiv Dəyişikliklər Kampaniyası komitəsi Trampın bəraətinə cavab olaraq, bir milyona yaxın insanın imzaladığı ərizə ilə Qarlanddan, Trampın və yaxınlarının cinayətlərini araşdırmasına və ədalət mühakiməsinin qurulmasına çağırıb. "Deyerler.org"un parstoday-a istinadən verdiyi xəbərə görə, bəyanatda, "Əgər Trampı cinayət şəbəkəsinə görə məsuliyyətə cəlb etmək istəyirsinizsə, siz yalnız demokrat liderlərinə güvənə bilməzsiniz", - deyə qeyd edilir. Daha əvvəl Bayden seçki kampaniyasında Trampın cinayətlərinə görə mühakimə olunmasını Ədliyyə Nazirliyinə təhvil verəcəyini söyləmişdi. ABŞ Senatının Trampın bəraət almasına səs verməsinə baxmayaraq, demokrat çoxluqların və Senatdakı respublikaçı azlıqların liderləri ABŞ-ın keçmiş prezidentinin günahlarını etiraf edib. Oxşar xəbərlər
|