Sanders Netanyahunun fələstinlilərə koronavirus peyvəndi vermədiyinə görə qınadı
ABŞ-ın Vermont ştatının demokrat senatoru Berni Sanders sionist rejimin koronavirus peyvəndini xaricdəki müttəfiqlərinə verməsini və fələstinliləri ondan məhrum etməsini qınayıb.
Deyerler.org xəbər verir ki, Sanders bir Tvitter mesajında belə yazıb: “İşğalçı İsrail (sionist rejimi), nəzarət etdiyi bütün insanların sağlamlığının təmin edilməsinə cavabdehdir. (Benyamin) Netanyahunun xarici müttəfiqlərini mükafatlandırmaq üçün saxlanılan peyvəndlərdən istifadə etməsi çox qəddarlıqdır. İşğal olunmuş ərazilərdəki bir çox fələstinli hələ də (peyvənd almaq üçün) gözləyir”. Nyu-York Tayms qəzetinin yazdığına görə, sionist rejimin Qüdsə hakim olduğunu qəbul etmiş Çexiya və Honduras kimi ölkələrə peyvənd vurmaq hərəkəti fələstinliləri qəzəbləndirib. İsrail rejiminin müdafiə naziri Benni Qantz fevralın 23-ü Netanyahunun səfirliklərini Qüdsə köçürməsi müqabilində bəzi ölkələrə koronavirus peyvəndləri göndərərək, seçki kampaniyası qurduğunu söyləmişdi. “Netanyahunun israillilərin vergi ilə ödədikləri peyvəndlərlə ticarət etməsi, sanki krallıqda idarəetmə hissinin olduğunu göstərir”, - deyə Qantz bildirmişdi. Bu yaxınlarda səfirliyini işğal altındakı Qüdsə köçürən Hondurasın 5.000 doza koronavirus peyvəndi aldığı bildirilib. Hesabatlar göstərir ki, Qvatemala və Çexiya da Qüdsdəki işğalçı rejimə göstərdikləri xidmətlər müqabilində hər biri 5 min doza peyvənd alıb. Oxşar xəbərlər
|