İran: "Xocalı qurbanları ilə həmrəyik"
İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zünnur ilə onu müşayiət edən nümayəndə heyətinin axırıncı Bakı səfəri ilə əlaqədar bəyanat yayıb.
Dostluq Qrupu Azərbaycana səfəri zamanı parlament diplomatiyası çərçivəsində təşkil etdiyi koordinasiyalar və nümayiş etdirdiyi mövqeyə görə İran parlamenti nümayəndə heyətinə təşəkkür edib. İran-Azərbaycan Dostluq Qrupu bəyanatında "Dostluq Qrupu "digər ölkələrin ərazi bütövlüyü"nü, xüsusən də dost və qardaş ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Həmçinin dünyanın hər yerindəki şəhərlərə və mülki yaşayış məntəqələrinə qarşı işğalçı və hərbi hücumlara qarşı olduğumuzu bildirmək istəyirik. Dağlıq Qarabağın işğalı zamanı Xocalıda baş verən faciəli hadisənin qurbanları ilə həmrəyik", - ifadələri yer alıb. (eastnews.org) Oxşar xəbərlər
|