Səudiyyə rejimi həcc ziyarəti üçün peyvənd olmanı şərt qoydu
Səudiyyə rejimi Kovid-19 peyvəndinin bu il həcc ziyarətinin əsas şərti olduğunu açıqlayıb.
Deyerler.org xəbər verir ki, Səudiyyə rejiminin Ukaz qəzetinin yazdığına görə, səhiyyə naziri Təvfik Ər-Rəbiə nazirlik səlahiyyətlilərinə həcc ziyarətində iştirak etmək istəyənlərin Kovid-19 peyvəndi vurdurmanın məcburi olduğunu və bunun həccdə iştirak etmək üçün şərtlərdən biri olduğunu çatdırıb. Nazir Rəbiə Məkkə Mədinə və müqəddəs yerlərdəki səhiyyə müəssisələrində işləyəcək səhiyyə işçilərinin işə cəlb edilməsi üçün əvvəldən hazırlıqların edilməsini istəyib. Xəbərdə nazirin zəvvarlar üçün Kovid-19 komissiyası yaradılmasına əmr verdiyi də bildirilib. Oxşar xəbərlər
|