Ənsarullah Məarib vilayətinin böyük hissəsini azad etdi
Mьəllif: admin1
Tarix: 4-03-2021, 22:51
Bцlmə: Xəbərlər
Ənsarullah Məarib vilayətinin böyük hissəsini azad etdi
Yəmənin paytaxtı Sənadakı Milli Qurtuluş Hökumətinin qüvvələri paytaxtın şərqində neftlə zəngin olan Məarib bölgəsinin böyük hissəsinin nəzarətini ələ keçirdiklərini açıqlayıb.

Yəmən Milli Qurtuluş Hökuməti xarici işlər nazirinin müavini Hüseyn Əl-İzzi CNN telekanalına verdiyi açıqlamasında Məaribin böyük hissəsinin artıq Husilərin (Ənsarullahın) əlində olduğunu bildirərək, belə deyib:

“Məaribdə 14 bölgə var, bunlardan yalnız ikisi şəhərin mərkəzi də daxil olmaqla Hadinin qüvvələri tərəfindən idarə olunur, ikisi döyüş meydanı, qalanları Husilərin (Ənsarullahın) nəzarətindədir”.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031