Ən üstün mülayimlik nədir?
Mьəllif: admin1
Tarix: 8-03-2021, 23:24
Bцlmə: Xəbərlər
Ən üstün mülayimlik nədir?
Allah bəndəsi o kəslərdir ki, Allahın saleh bəndəsi olub, Allahın rəhman sifəti onda təcəlli tapmışdır.

Onlar elə işlər görərlər ki, Allahı razı edər. Buna görə də Allahın rəhmət bulağı onların batinlərində qaynayar və onlar Allahın Rəhim və Rəhman sifətlərini öz varlıqları ilə təcəlli edərlər.

“Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən vənadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman «salam» (xoş və yumşaq söz) deyən kəslərdir”. (“Furqan” 63).

Bu mübarək ayədə Allah Təalanın bəndələrinin sifətlərindən bir neçəsi bəyan edilmişdir. O da budur ki, onlar yer üzərində təvazökarlıqla yol gedərlər və nadanlara salam verərlər. Onlar mülayim sifətə malikdirlər.

Yəni, bu insanlar – nəfslərinə hakim olmağı bacaran insanlardırlar. Onlar hətta nadanların cəhaləti qarşısında özlərini idarə etməyi bacarar və onlara mülayimlik göstərərlər. Əlbəttə, bu salam – dostluq salamı deyildir. Haradasa, rabitə saxlamaq üçün deyilən salamdır.

Müqəddəs Quranın nəzərinə görə, mülayimlik və özünə hakim olmaq – iki mühüm fəzilətli sifət kimi tanıdılmışdır. Mülayimlik o haldır ki, özünə hakim olmağa və qəzəbini yatızdırmağa səbəb olar.

İmam Əli (ə) buyurur: “Ən üstün mülayimlik – qəzəbi yatızdırmaqdır”.

Mülayimlik sözü Quranda 15 dəfə işlənmişdir ki, onun 11 dəfəsində Uca Allahın sifətinə işarə etmişdir. Dördündə isə peyğəmbərlərin (ə) sifəti kimi tanıdılmışdır.

Mülayimlik dedikdə, qəzəbi yatızdırmaq yada düşür və hər kim qəzəbini yatızdırmağı bacarırsa, deməli onda mülayimlik sifəti mövcuddur.

İmam Əli (ə) buyurur: “Ağıl – insanın səmimi dostudur. Mülayimlik isə ağlın vəziridir”.

Həzrət Əli (ə) buyurur: “Mülayimlik – elə nurdur ki, onun həqiqəti ağıldır”.

İmam Həsən Müctəbadan (ə) soruşurlar ki, mülayimlik nədir?

Həzrət (ə) buyurur: “Qəzəbi yatızdırmaq və özünə hakim olmaqdır”.

Beləliklə, deyə bilərik ki, Allahın xüsusi bəndələri vardır ki, onlara nəzər salanda, Allahın rəhman sifəti yada düşür.

Bu insanlar – qəzəblərinə hakim olan və mülayim insanlardırlar. Onlar Allahın razılığını qazanan işlər görər və Onu qəzəbləndirən işlərdən çəkinərlər. Bu insanlar Allahın yer üzərində rəhman sifətinin təcəllisidirlər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031