Ermənistan müxalifəti Paşinyana qarşı son və qəti tələb irəli sürdü
Mьəllif: admin1
Tarix: 9-03-2021, 23:38
Bцlmə: Xəbərlər
Ermənistan müxalifəti Paşinyana qarşı son və qəti tələb irəli sürdü
Əgər baş nazir Nikol Paşinyan parlament binasının qarşısına gələrək istefa verdiyini və erkən parlament seçkilərini elan etsə, müxalifət binanın girişini açmağa hazırdır.

Bu barədə Yerevanda jurnalistlərə mitinqinin təşkilatçılarından biri İşxan Saqatelyan bildirib.

"O, siyasi əksəriyyətə sahibdir. Seçki keçirmək istəyir? Elə indicə elan edirəm, sabah saat 12:00-a qədər Milli Məclisə gəlsin, istefa versin və seçkiləri təyin etsin. Bu, gündəmlə gəlsə, yolu açacağıq" – Saqatelyan deyib.

O, eyni zamanda iddia edib ki, Paşinyan bunu etməyəcək, erkən seçkilərlə bağlı açıqlamalar növbəti yalandır.

Saqatelyanın sözlərinə görə, baş nazirin erkən seçki təyin etmək üçün parlament müxalifəti ilə memorandum imzalamasına ehtiyac yoxdur: onun "Mənim addımım" fraksiyası qanunverici orqanda çoxluq təşkil edir.

Qeyd edək ki, Yerevanda etirazçılar Baqramyan prospektində, Dəmirçyan küçəsində Milli Məclisin girişlərini bağlayaraq orada əlavə çadırlar qurublar.
(eastnews.org)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031