Sionist rejim Əl-Əqsa məscidinin xətibinin evinə basqın edərək onu həbs etdi
Sionist rejimin qüvvələri dünən (11 mart) Əl-Əqsa məscidinin xətibi və Qüdsdəki Ali İslam Şurasının rəhbəri Şeyx İkrimə Səbrinin evinə hücum edərək, onu həbs edib.
Deyerler.org xəbər verir ki, Fələstinin MaanNews xəbər agentliyinin xəbərində belə qeyd edilib: “Sionist rejimin kəşfiyyat və polis qüvvələri Şeyx İkrima Sabrinin bu gün Əl-Səvana məhəlləsindəki evinə basqın edərək həbs etdilər. Niyə tutulduğu və harada dindiriləcəyi barədə heç bir izahat vermədən apardılar”. Əl-Əqsa məscidinin xətibi Fələstin müqavimətini dəstəkləmək, bəzi ölkələrlə sionist rejim arasındakı münasibətlərin normallaşmasına açıq-aşkar əleyhinə çıxmaq və sionist rejimin məskunlaşmalarına etiraz etmək daxil olmaqla, müxtəlif bəhanələrlə bir neçə dəfə həbs edilib. Oxşar xəbərlər
|