Gürcüstan Qara dənizdə NATO ilə birgə təlim keçirəcək
NATO-nun 4 hərbi gəmisi Gürcüstanın ərazi sularına daxil olub.
Məlumata əsasən, bölmənin təkibinə İspaniyanın CRISTOBAL COLON flaqman, Rumıniyanın REGINA MARIA, Türkiyənin KEMALREIS və Bolqarıstanın SMELI gəmisi daxildir Gəmilər Gürcüstanın Sahil Mühafizəsi Xidməti ilə Qara dənizdə birgə təlimdə iştirak edəcəklər. Təlimlərin məqsədi Gürcüstan və Alyansın üzv və tərəfdaş ölkələrinin hərbi dəniz qüvvələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsidir. NATO gəmiləri Gürcüstanın ərazi sularını martın 18-də tərk edəcək. (eastnews.org) Oxşar xəbərlər
|