Gürcüstan parlamentində milli azlıqlarla bağlı şura yaradılıb
Gürcüstan parlamentinin Diaspor Komitəsinin nəzdində milli azlıqlarla bağlı Elmi-Məsləhət Şurası yaradılıb.
Məlumata əsasən, Şura Gürcüstanda yaşayan 16 icmanı birləşdirəcək. Qurum milli azlıqların qarşılıqlı və effektiv inteqrasiyasını asanlaşdırmaq, onların sistemli problemlərinin həlli istiqamətində fəaliyyət göstərəcək. Şura həmçinin milli azlıqlardan olan gənclərin işlə təminatı və mədəniyyət sahələri üzrə də çalışacaq. Deputat Rima Beradze bildirib ki, milli azlıqları təmsil edən vətəndaşlar uzun illərdir Gürcüstanın inkişafına töhfə verirlər. O, yeni təsis olunan Şuranın uğurlu fəaliyyət göstərəcəyinə əminlik ifadə edib. (eastnews.org) Oxşar xəbərlər
|