ABŞ-da insanların 50%-dən çoxu evsiz və ac qalmaqdan narahatdır
ABŞ-da aparılan sosial sorğu əhalinin yarıdan çoxunun aclıq və evsizlikdən narahat olduğunu göstərir.
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Vaşinqtonda yerləşən Gallup tədqiqat mərkəzi tərəfindən aparılan sorğunun nəticələrinə görə, amerikalıların 55%-i evlərini itirmək və ac qalmaqdan narahatdır. Bu nisbət son 20 ilin ən yüksək səviyyəsi kimi qiymətləndirilib. Sığınacaq və aclıqdan qorxanların nisbəti, yeni növ koronavirus (Kovid-19) epidemiyasının qeyd edildiyi 2020-ci illə müqayisədə 8% artıb. Evlərini itirmək və ac qalmaq narahatlığını keçirən amerikalılarının nisbəti demokratlarda 62%-i və respublikaçılarda 45%-i təşkil edir. Ölkə iqtisadiyyatı ilə narahat olanların nisbəti də keçən ilə nisbətən 16% artaraq, 49%-ə çatıb. Respublikaçıların 58%-i iqtisadi inkişafdan narahat olsa da, Demokratların 40%-i iqtisadiyyata daha müsbət baxdıqlarını bildirib. Oxşar xəbərlər
|