Yəmən xalqının bəlası - Səudiyyə rejiminin kasset bombaları
Mьəllif: admin1
Tarix: 6-04-2021, 22:43
Bцlmə: Xəbərlər
Yəmən xalqının bəlası - Səudiyyə rejiminin kasset bombaları
Son altı ildə Səudiyyə rejiminin koalisiyası Yəmənin geniş ərazilərini minalar və kasset bombalarla çirkləndirib.

Deyerler.org xəbər verir ki, Yəmən Minalardan Təmizləmə Mərkəzinin komandiri polkovnik Əli Safra, müxtəlif bölgələrdə hava hücumları nəticəsində mülki itkilərin hücum vaxtı ilə məhdudlaşmadığını və hücumların təsirlərinin və faciələrinin bəzən qalıcı olduğunu söyləyib.

Əl-Məyadin saytının verdiyi məlumata görə, Yəmənin Səhiyyə Nazirliyi bildirir ki, 2019-cu ilin ortalarına qədər 6 mindən çox mülki şəxs bomba partlamaları və minalara görə həlak olub, bir çoxu isə itkin düşüb: “Yəmənin üzləşdiyi humanitar fəlakətin böyük həcminin şahidi oluruq. Düşmənin buraxdığı bomba və minalarla dolu bir tarlanın ortasındayıq. Bir çox sakin, əraziləri azad edildikdən sonra geri dönə bilmirlər.

Fəlakətdən danışarkən illuziyaya qapılmırıq. Statistikaya görə, Yəmən müharibəsində indiyə qədər 2500 kasset bombası hücumu həyata keçirilib. 15 növ bomba istehsal edən ölkə məlum deyil. 2021-ci ilin əvvəlindən kasset bombası ilə təxminən 90 insan öldürülüb və 50 qoyun tələf olub.

Əl-Cəvf əyalətinin üç şəhərində aparılan sahə araşdırmaları nəticəsində 50.000 əkinçilik ərazisinin kasset bombası və minalarla çirkləndiyi məlum oldu.

Təkcə Əl-Cəvf əyalətinin Əl-Matun şəhərində 5 min hektar əkinçilik sahəsi təhlükəlidir. Bura dörd min ailənin gəlir mənbəyi olan torpaqlardır.

Yəmənin mühasirəyə alınması səbəbindən Səudiyyə (Səud sülaləsinin rejimi) dağ-mədən avadanlıqlarının Yəmənə girişini əngəlləyir.

Minalanmış ərazilərin təmizlənməsi çətindir və vaxt aparır. BMT və digər beynəlxalq qurumları mülki şəxslərin həyatını xilas etmək üçün lazımlı avadanlıqla təmin etməyə dəvət edirik”.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031