Özbəkistan və Çin alimləri COVID-19 əleyhinə yeni vaksin ixtira ediblər
Özbəkistan Elmlər Akademiyasının Bioüzvi Kimya İnstitutu Çin Elmlər Akademiyasının alimləri ilə birgə COVID-19 əleyhinə “Rutan” adlı yeni vaksin ixtira ediblər.
Məlumata əsasən, yeni vaksin bitkilər əsasında hazırlanan yeganə təbii dərmandır. Aparılan klinik tədqiqatlar göstərir ki, “Rutan” vaksinindən COVID-19 virusunun və müxtəlif ağırlıqda olan pnevmoniya xəstələrinin müalicəsində istifadə oluna bilər. Qeyd olunur ki, “Rutan” tamamilə təhlükəsizdir və koronaviruslu xəstənin oksigen çatışmazlığına müqavimətini artırır. Bu günlərdə Çinin Özbəkistandakı “China-Uzbekistan Medicine Technical Park” birgə müəssisəsi və “Radiks” şirkəti tərəfindən yeni vaksinin istehsalına başlanacaq. (eastnews.org) Oxşar xəbərlər
|