Cənubi Afrikalı kriketçi Ramazan ayında müsəlman oldu
Cənubi Afrikalı kriketçi Byorn Fortuin müqəddəs Ramazan ayında dünən (26 aprel) gecə həyat yoldaşı ilə birlikdə İslam dinini qəbul edib və sosial şəbəkə ilə bu məlumatı təsdiqləyib.
Deyerler.org Aboutislam-a istinadən xəbər verir ki, Fortuinin komanda yoldaşı Təbraiz Şəmsinin həyat yoldaşı tərəfindən paylaşılan fotoşəkilin altında belə qeyd edilib: “Dünən gecə Byorn kəlmeyi-şəhadət gətirdi. Əlhəmdulillah və Ramazan ayında. İmad adını seçdi”. Fortuin İnstagramda bu statusu yenidən paylaşaraq, məlumatı təsdiqləyib. Şəmsinin həyat yoldaşı cütlüyü müqəddəs Ramazan ayında İslam dinini qəbul etdikləri üçün təbrik edib. Cütlük aprelin 25-i səhər ailə həyatı qurublar və toydan sonra İslam dinini qəbul ediblər. Byorn Fortuin Cənubi Afrika torpaqlarında İslamı qəbul edən ikinci kriketçidir. Bundan əvvəl kriketçi Ueyn Parnell də İslamı qəbul etmişdi. Oxşar xəbərlər
|