İsrail rejimi Qəzzada qətliama başladı: 9-u uşaq olmaqla 20 şəhid, 65 yaralı var
Gərginliyin davam etdiyi işğal altındakı Fələstin torpaqlarında İsrail rejimi terror əsdirir.
Deyerler.org xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi İsrail rejiminin Qəzzaya etdiyi hava hücumunda 9-u uşaq olmaqla 20 nəfərin şəhid olduğunu və 65 nəfərin yaralandığını açıqlayıb. Həyatını itirənlər arasında İzzəddin Əl-Qəssam Briqadalarının səhra komandiri Sabir Süleymani də var. Fələstin müqavimət qruplarının verdiyi son tarix bitdikdən sonra, xəbər mənbələri Qəzzanın şimalında İsrail rejiminin hərbi maşınlarına hücum və Təl-Əviv başda olmaqla sionist rejimin şəhərlərinə onlarla raketin atıldığını bildiriblər. Xəbər mənbələri bu axşam (10 may) Qəzzanın şimal sərhədində İsrail rejiminin bir hərbi maşınının Kornet raketiylə hədəf alındığını bildiriblər. Hücumdan bir neçə dəqiqə sonra, Fələstinin İslami Cihad hərəkatının hərbi qanadı olan Saraya Əl-Salam qısa bir açıqlama yayaraq, İsrail rejiminin hərbi avtomobilinə hücumun məsuliyyətini üzərinə götürüb və hücumun Qəzzanın şərqindəki Kornet raketi ilə edildiyini iddia edib. Bundan sonra sionist mediası da raket hücumunu təsdiqləyib. 0404 xəbər saytı xəbər verir ki, İsrail rejiminin hərbi maşını tank əleyhinə raketlə hədəfə alınıb və bir sionist yaralanıb. HƏMAS işğal altındakı Qüdsdəki sionist məhəllələrə onlarla raket atdı. Bu xəbərlə eyni vaxtda, media işğal altındakı Qüdsdə həyəcan siqnallarının aktivləşdirildiyini bildirib. Şahab xəbər agentliyinin verdiyi məlumata görə, işğal altındakı Qüdsə onlarla raket atılıb. Hücumdan sonra Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadaları bəyanat verərək, işğal altındakı Qüdsdəki sionist məhəlləlrinə hücum etdiyini bildirib: “Qüds şəhərinə qarşı törədilən cinayətlərə və hücumlara cavab olaraq oraya raket hücumu başlatdıq. Raketlərimizin bir mesajı var və düşmən bu mesajı yaxşı başa düşməlidir, qayıtsan qayıdacağıq, daha çox hücum etsən daha çox hücum edəcəyik. Knessetin (Sionist Parlamenti) iclası kəsildi İşğal altındakı Qüdsə geniş miqyaslı raket hücumundan sonra xəbər mənbələri İsrail rejiminin parlamentinin təxliyə edildiyini bildirilib. Qərbi Qüdsdə raket sirenalarının səsi ucbatından qorxu və çaxnaşma düşüb. Sirenlər səbəbindən İsrail parlamenti boşaldılıb və sionistlərin qeyd etdiyi “Qüds günü” üçün təşkil edilən bayraq yürüşü də sona çatıb. Bundan əlavə, sionist ordusu, artan gərginlik səbəbiylə Qüdsdə keçiriləcək hərbi təlimi də təxirə salıb. Bu arada, İsrail rejimi nazirlər kabinetinin iclası baş tutdu. Sionist mediasının yazdığına görə, Qəzzaya və silahlı qrup liderlərinin evlərinə kütləvi hava zərbələri endirmək qərarı verilib. Netanyahu, “Biz sərt cavab verəcəyik. Fələstinlilər gücümüzü sınayacaq” deyib. Hücumların ikinci dalğası Fələstin mediası qısa bir vaxt sonra İsrail rejiminin yaşayış məntəqələrində həyəcan siqnallarının işə salındığını və müqavimət qruplarının ikinci dəfə bir neçə raketlə sionist yaşayış məntəqələrini hədəf aldıqlarını bildirib. Fələstinin İslami Cihad hərəkatının hərbi qanadı olan Saraya Əl-Quds, Sədrut qəsəbəsinə (işğalı altındakı Fələstinin cənubunda) 30 raket atdığını bildirib. Üçüncü hücum dalğası Fələstinli mənbələr müqavimət qruplarının üçüncü dəfə Qəzza ətrafındakı qəsəbələri bir neçə raketlə hədəf aldığını bildirib. İsrail rejiminin Ur Nirim, Meflahim, Huş Hesdara qəsəbələri Qrad raketləriylə vurulub. Dördüncü hücum dalğası Fələstin mediası dördüncü dəfə müqavimət qruplarının Qəzza ətrafındakı şəhərlərə bir neçə raket atdığını, bu qəsəbələrdə həyəcan sirenlərinin çaldığını bildiriblər. Sionist rejiminin Qəzzaya hava hücumunda üç uşaq şəhid oldu Bir neçə dəqiqə sonra Fələstin mediası İsrail rejiminin Qəzzada fələstinli dinc insanlara hücum etdiklərini bildirib. Sionist rejimin hücumundan sonra Fələstin Səhiyyə Nazirliyi, üçü uşaq olmaqla 9 şəhidin şəhid və xeyli sayda yaralının Qəzzanın şimalındakı Beyt Hanun Xəstəxanasına gətirildiyini açıqlayıb. Saraya Əl-Quds raketlərlə Aşkelon və Tel-Əvivi hədəf aldı. Xəbər mənbələri, Fələstin müqavimət qruplarının Qəzza zolağı ətrafındakı sionist yaşayış yerlərinə hücumlarının yenidən başlandığını və bu yaşayış məntəqələrində həyəcan təbili çalındığını bildiriblər. Fələstinli mənbələr Qəzzanın şimalında işğal olunmuş Asqalan şəhərində yenidən sirenlərin səsləndiyini bildiriblər. Daha sonra “Saraya Əl-Quds” Briqadalarının Askalan və Təl-Əviv şəhərini 15 ədəd Bədr 3 raketiylə hədəf aldığını bildiriblər. Fələstinli mənbələrə görə, Təl-Əvivin cənubunda sirenalar səslənib. İsrail rejiminin Kanal 7 televiziyası hücumla əlaqədar olaraq işğal altındakı Asqalana ən azı 15 raket atıldığını, yalnız bir neçəsinin ələ keçirildiyini bildirib. Fələstinin İslami Cihad hərəkatının hərbi qanadı olan Saraya Əl-Quds işğal altındakı Aşkelon və Təl-Əvivə raket hücumunu rəsmi olaraq təsdiqləyib. Bu arada, Fələstin Xalq Müqavimət Komitələrinin hərbi qolu olan Əl-Yaviya Əl-Nassər Salahəddin (Əl-Nassər Səlahəddin Briqadaları) sionist yaşayış məntəqələrini və düşmən mövqelərini onlarla raketlə hədəf alacağını vurğulayıb. Oxşar xəbərlər
|