Kolumbiyada etiraz aksiyaları zamanı 42 nəfər ölüb
Kolumbiyada aprelin 28-dən bəri davam edən etiraz aksiyaları zamanı biri polis olmaqla, 42 nəfər ölüb.
“Efe Eme” radiosu xəbər verir ki, 28 aprel - 11 may tarixlərində baş verən iğtişaşlarda, həmçinin, 168 nəfər itkin düşüb. Xatırladaq ki, Kolumbiyada aprelin 28-dən etibarən vergi islahatlarına qarşı nümayişlər davam edir. Etiraz aksiyaları paytaxt Boqota, Kali, Medellin və digər şəhərləri əhatə edib. Ümumilikdə 1000-dən çox insanın xəsarət aldığı bildirilir. (eastnews.org) Oxşar xəbərlər
|