BMT-də İsrailə çağırış edildi
BMT Baş Assambleyası Fələstin mövzusu ilə bağlı iclas keçirib.
İclasda Baş Assambleyaya sədrlik edən Volkan Bozkır çıxış edib. O, vurğulayıb ki, İsrail beynəlxalq hüquqa tabe olmalı və hücumlar dayandırılmalıdır. "Qüds bütün müsəlmanlar üçün müqəddəs şəhərdir. İsrail 2 həftə ərzində Qəzzada uşaqlar və qadınlar da daxil olmaqla 200-dən çox mülki şəxsi öldürdü", - deyə Volkan Bozkır diqqətə çatdırıb. Volkan Bozkır qeyd edib ki, hər iki tərəf hücumları dayandırmaq üçün addımlar atmalıdır. (eastnews.org) Oxşar xəbərlər
|