İsrail rejimi geri addım ataraq atəşkəs istədi: Fələstin müqaviməti 12 günlük mübarizəsinin qələbəsini qeyd edir
Mьəllif: Admin
Tarix: 21-05-2021, 10:39
Bцlmə: Xəbərlər
İsrail rejimi geri addım ataraq atəşkəs istədi: Fələstin müqaviməti 12 günlük mübarizəsinin qələbəsini qeyd edir
Sionist rejimin Kanal 12 televiziyası İsrail rejimi Təhlükəsizlik Kabinetinin Qəzzada atəşkəsi qəbul etdiyini açıqlayıb.

Deyerler.org xəbər verir ki, İsrail rejimi Təhlükəsizlik Kabinetinin mühasirədə olan Qəzzada birtərəfli atəşkəs elan edilməsi təklifini təsdiqlədiyi və atəşkəsin bu gecə saat 02: 00-da başlayacağı bildirilib.

Bundan sonra İsrail rejiminin administrasiyası, HƏMAS və digər Fələstin qrupları ilə mayın 10-dan etibarən blokadada olan və 232 fələstinlinin ölümünə səbəb olan Qəzzaya hücumlara son qoymaq üçün atəşkəs razılaşmasının əldə edildiyini təsdiqləyib.

Nazirlər Kabinetinin Mətbuat Mərkəzindən verilən yazılı açıqlamada, Misirin qarşılıqlı atəşkəs cəhdinin şərt olmadan qəbul edilməsinin İsrail Təhlükəsizlik Kabineti tərəfindən yekdilliklə təsdiq edildiyi qeyd edilib.

HƏMAS Hərəkatı da təsdiqlədi: Atəşkəs bu gecə başlayır

HƏMAS və İsrail rejimi atəşkəs barədə razılığa gəliblər. Anadolu Agentliyinə danışan HƏMAS rəsmiləri atəşkəsin yerli vaxtla bu gecə saat 02: 00-da başlayacağını təsdiqləyiblər.

HƏMAS və Qassam Briqadalarının dəvəti ilə atəşkəsin həyata keçirilməsi ilə Fələstin xalqı, Qüds şəhəri də daxil olmaqla Qəzzada və İordan çayının qərb sahilində sionist düşmən üzərində müqavimətin qələbəsini qeyd etmək üçün küçələrə çıxıblar.

Yüzlərlə gənc Qəzzanın müxtəlif şəhərlərində yürüş etdi. İordan çayının qərb sahilində, xüsusilə Ramallahda şəhərlərdə küçələrə çıxan gənclər, Qəzzadakı Fələstin müqavimət qruplarına dəstək şüarları səsləndirdilər.

Fələstinli gənclər “Ramallahdan şərəfli Qəzzamıza”, “Fəth, İslami Cihad və HƏMAS. Birliyiniz bizi qürurlandırdı” kimi şüarlar səsləndirərək, atəşkəsə sevinclərini dilə gətiriblər.

Sionist rejim ilə HƏMAS arasında atəşkəs yerli vaxtla gecə 02:00-də başladı.

02:59 – Əl-Qəssam Briqadalarının sözçüsü: “Düşməni alçaltdıq”

İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə belə deyib: “Bütün müsəlman ümmətinin adından müqavimət göstərərək Qüds Qılıncının döyüşünə qürurla girdik və Allahın gücü ilə düşməni və ordusunu alçaltdıq.

İşğal altındakı Fələstini Hayfadan Ramona hədəf almaq üçün bir əməliyyat hazırlamışıq, lakin düşmənin davranışını gecə saat 2-yə qədər izləmək üçün atəşkəs təklifinə cavab verdik. O vaxta qədər adı çəkilən əməliyyatın seçimi hələ də masadadır. İşğalçı rejimin liderləri həqiqi bir sınaqla qarşılaşdılar”.

02:56 - İslami Cihad Əl-Əqsa məscidinə yenidən hücum edilməsi barədə xəbərdarlıq etdi

İslami Cihad Hərəkatı siyasi bürosunun üzvü Ənvər Əbu Tuba belə deyib: “Qorxaq düşməni Əl-Əqsa məscidi və Qüdsdəki həmvətənlərimizə qarşı hər hansı bir intiqam cəhdindən xəbərdar edirik və geri qayıtsanız geri dönəcəyimizi söyləyirik”.

02:45 - Bayden Dəmir Qübbəni gücləndirməyi düşünür

İsrail rejiminin Qəzzadakı əməliyyatına tam dəstək verən ABŞ-ın prezidenti Cozef Bayden, Qəzzaya kömək etmək üçün BMT ilə çalışmağa sadiq olduğunu söyləyib.

O, İsrail rejiminin baş naziri Binyamin Netanyahuya Dəmir Qübbə sistemini gücləndirəcəyinə də söz verib.

Bayden bu gün (cümə) səhər etdiyi bir çıxışında İsrail rejiminin baş naziri Binyamin Netanyahu ilə bir telefon danışığına toxunaraq, belə deyib: “Ona İsrailin gələcəkdə təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün Dəmir Qübbə sisteminin gücləndirilməsi barədə xəbərdar etdim”.

01:40 - Əl-Məyadin müxbiri Sionist rejimin Qəzzaya son bir saat ərzində hücumlarının intensivliyinin azaldığını bildirdi.

01:27 - Almaniyanın kansleri Angela Merkel, HƏMAS ilə Yaxın Şərqdəki münaqişə ilə bağlı dolayı danışıqları dəstəklədiyini söylədi.

00:55 - HƏMAS: İşğalçılar öz öhdəliklərinə əməl etdikləri müddətdə Fələstin müqaviməti öz öhdəliklərinə əməl edəcəkdir.

00:48 - Qəzzadakı atəşkəsə dair Misirin bəyanatı

Misir rəsmi olaraq HƏMAS və Sionist rejim arasında atəşkəsin yerli vaxtla gecə saat 02:00-da başlayacağını elan etdi.

Misir rəsmisi, ölkənin atəşkəsə əməl etmək üçün Təl-Əvivə və Fələstin ərazilərinə iki heyət göndərəcəyini də açıqladı.

Fələstinin MENA xəbər agentliyinin mövzu ilə bağlı verdiyi xəbərində belə qeyd edilib: “Qahirə, icra prosedurlarına riayət etmək və sabitliyi qorumaq üçün növbəti tədbirləri qəbul etmək üçün Təl-Əviv və Fələstin ərazilərinə iki təhlükəsizlik heyəti göndərəcək”.

Fələstin Xalq Qurtuluş Cəbhəsinin lideri də açıqladı: “Atəşkəsin digər təfərrüatları Misir təhlükəsizlik rəsmilərinin Qəzzaya gəlişindən sonra müzakirə ediləcək. Atəşkəslə bağlı inkişaflara baxmayaraq, döyüşçülərimiz müşahidədəri və bir hücuma 10 qat cavab verməyə hazırdırlar”.

Misir BMT-nin baş katibi Quterres və ABŞ-ın prezidenti Bayden ilə danışıqlardan sonra yalnız HƏMAS ilə deyil, Qəzzadakı bütün silahlı təşkilatlarla atəşkəs barədə danışıqlar aparmış və onlara məlumat vermişdi.

HƏMAS liderlərindən biri olan Usama Həmdan Əl-Məyadinə açıqlamasında bunları deyib: “Vasitəçilər tərəfindən Qəzzaya hücumların dayandırılacağı və işğal rejiminin Şeyx Cərrah və Əl-Əqsadan çəkiləcəyi zəmanəti verildi”.

Radikal sionist parlamentari İtamar Ben Gvir atşkəsi belə qeiymətləndirib: “Biabırçı atəşkəs HƏMAS-ın əmrlərinə pis bir təslimçilikdir. İsrail və İsrailin çəkindiriciliyi üçün çox çətin bir gecədir”

Haaretz qəzeti Yeni Ümid Partiyasının lideri Gideon Saardan bunu sitat gətirir: “Atəşkəs qərarı utandırıcı bir siyasi uğursuzluqdur və gələcəkdə bunun əvəzini verəcəyik”.

Keçmiş Shin Bet rəhbəri Yoram Cohen Kanal 12-yə bunları söyləyib: “HƏMAS-ın hərbi qanadı raketlər baxımından Hizbullaha yaxındır və özünü suveren hesab edən bir ölkə raketlərin altında yaşaya bilməz”.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031