Ayətullah Məkarim Şirazi və Ayətullah Həmədani Fələstinlə bağlı bəyanat yaydı - Təfərrüat
Mьəllif: Admin
Tarix: 21-05-2021, 19:28
Bцlmə: Xəbərlər
Ayətullah Məkarim Şirazi və Ayətullah Həmədani Fələstinlə bağlı bəyanat yaydı - Təfərrüat
İranın mərcəyi-təqlid alimlərindən olan Ayətullah Məkarim Şirazi və Ayətullah Həmədani İsrailin Fələstinə qarşı hücumları ilə bağlı bəyanat yayıb.

Ayətullah Məkarim Şirazinin bəyanatında deyilir: "Sionist rejimi beynəlxalq birlik, Təhlükəsizlik Şurası və digər insan haqları müdafiəçilərinin sükütu nəticəsində günahsız fələstinli kişiləri, qadınları və uşaqları öldürərək, vəhşiliyini nümayiş etdirdi. Sionist rejimin cinayətlərini qınayıram.

Həmçinin şəhid ailələrinə, yaralılara və məcburi köçkünlərə həmdərd olduğumu bildirərək, cəsur fələstinli döyüşçülərin müqəddəs Qüdsü sionist işğalından azad etmək səylərini alqışlayıram".

Ayətullahil Həmədani İsrailin Qəzzaya hücumu ilə bağlı dünya müsəlmanlarına müraciətində isə bildirilir: "Bu gün dünya hər vicdanlı insanın qəlbini titrədən cinayətlərin şahididir.

Uşaq qatili və qəsbkar sionist rejimin məzlum Qəzza camaatını qanına qəltan etməsi təəssüfləndirici haldır. Şübhəsiz, bu cinayətkar Amerikanın, Avropanın dəstəyi, eləcə də bəzi ərəb və müsəlman ölkələrinin sükutu sayəsində baş verir.

Bununla bağlı bütün xalqlar, xüsusilə də müsəlmanlar öz hakimiyyətlərindən məzlum Fələstin xalqını müdafiələrini tələb etməlidirlər ki, saxta rejimin davamiyyətinə son qoyulsun. Şübhəsiz, Allahın verdiyi güclə ilahi vəd yerinə yetiriləcək.

Mən bu cinayətləri qınayır, bütün müsəlmanları hərəkətə keçməyə və məzlum camaatın yardımına tələsməyə çağırıram".

Qeyd edək ki, İsrailin Qəzzaya endirdiyi aviazərbələr nəticəsində 65-i uşaq olmaqla, 230-dan çox fələstinli həlak olub, yüzlərlə insan yaralanıb.
(eastnews.org)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031