AP üzvü: “Aİ nə vaxt Fələstinə qarşı soyqırımdan danışacaq?”
Mьəllif: Admin
Tarix: 25-05-2021, 22:33
Bцlmə: Xəbərlər
AP üzvü: “Aİ nə vaxt Fələstinə qarşı soyqırımdan danışacaq?”
İrlandiyanın Avropa Parlamentindəki nümayəndəsi Mayk Vallas Tvitter mesajında Aİ-nin sionist cinayətlərə ikili yanaşmasını tənqid edərək belə qeyd edib: “Bu birlik nə vaxt İsrail rejiminin Fələstin xalqına qarşı soyqırımı haqqında danışmaq istəyir?”

Deyerler.org xəbər verir ki, Mayk Vallas dünən (24 may) axşam atdığı tvitdə belə qeyd edib: “İsrailin (sionist rejim) Qəzzadakı yaşayış yerləri və infrastrukturu bombalaması hərbi cinayət səviyyəsinə çatdı və dünya hələ İsrailin (sionist rejim) hərəkətini pisləməyib.

Bu, Avropa İttifaqının ikili standartlarını əks etdirir. Fələstin xalqının İsrail (sionist rejim) tərəfindən həyata keçirdiyi soyqırımının gerçəkliyindən nə vaxt danışacağıq?”

Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyi İsrail rejiminin Qəzzadakı təcavüzündə şəhid olanların sayının 248 nəfər olduğunu açıqlamış və bunlardan 66 uşaq, 39 qadın olduğunu bildirmişdi. Nazirlik yaralananların sayının isə 2000 nəfəri keçdiyini qeyd etmişdi.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031