Kazimeyn şəhərindəki Cavadeyn İmamlarının (ə) müqəddəs ziyarətgahının yaxınlığında terror törədildi: 4 ölü, 20-dən çox yaralı var
Mьəllif: Admin
Tarix: 4-06-2021, 11:12
Bцlmə: Xəbərlər
Kazimeyn şəhərindəki Cavadeyn İmamlarının (ə) müqəddəs ziyarətgahının yaxınlığında terror törədildi: 4 ölü, 20-dən çox yaralı var
Müqəddəs Kazimeyn şəhərindəki Cavadeyn İmamlarının (ə) müqəddəs ziyarətgahının yaxınlığında dəhşətli bir partlayış baş verib.

Deyerler.org xəbər verir ki, Sabereen News Telegram Kanalının yazdığına görə, Kazimeyn şəhərindəki Bab Əl-Murad yaxınlığında naməlum bir cism partlayıb.

Bəzi mənbələr isə, müqəddəs ziyarətgahın Bab Əl-Murad qapısı yaxınlığındakı Zəmzəm restoranında bir qaz balonunun partladığını iddia ediblər.

İraqın “Sədr” Hərakatının qabaqcıllarından biri olan Seyyid Hazim Əl-Ərəci partlayış yerinə gəlib və mənbələr partlayışın bir partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyi söyləyiblər.

Sözügedən mənbələr hökumətin təhlükəsizlik və kəşfiyyat uğursuzluğunun ortaya çıxması qorxusuyla partlayış həqiqi səbəbini gizlətdiyi bildirirlər.

Müqəddəs Kazimeyn şəhərindəki xəstəxanadan verilən məlumata görə, partlayış nəticəsində 4 nəfər şəhid olub, 10 ağır olmaqla 20 nəfərdən çox insan yaralanıb.

Partlayışdan sonra Kazimeyn şəhərindəki polis qüvvələri həyəcan vəziyyətinə gətirilib.
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031