500 amerikalı jurnalistdən Fələstinə dəstək məktubu
ABŞ-da 500-dən artıq jurnalist Fələstinlə bağlı xəbərlərdə həqiqətin çatdırılmadığı üçün birgə məktub yayımlayıblar.
Deyerler.org xəbər verir ki, “İsrael Post”un yazdığına görə, ABŞ mediasında işləyən 500-dən artıq jurnalist ölkədəki xəbərlərin sionist İsrail rejiminin işğalı və Fələstindəki siyasətləri ilə bağlı həqiqətlərin əks etdirilməsini tələb edən birgə məktub dərc ediblər. “ABŞ mediasının Fələstinlə əlaqəli açıq məktubu” başlıqlı məktubda, ölkədəki xəbər istehsalında İsrail rejiminin işğalını və fələstinlilərə qarşı sistematik zülmün gizlədilməsinə son qoyulması və sionist təbliğatının dayandırılması istənilib. “Vaşinqton Post”, “Uol Strit Cornal” və “Los-Anceles Tayms” kimi aparıcı media qurumlarının jurnalistləri daxil olmaqla 514 jurnalist tərəfindən imzalanaraq dəstəklənən məktubda aşağıdakılar qeyd edilib: “Həqiqəti tapmaq və güclülərdən hesab tələb etmək jurnalistikanın əsas prinsipləridir. Ancaq on illərdir xəbər sektorumuz İsrail (sionist rejim) və Fələstin xəbərlərindəki bu dəyərləri tərk etdi. Hekayənin ən əsas tərəflərini ört-basdır edən İsrailin (sionist rejim) hərbi işğalı və aparteid sistemi hekayəsi ilə oxucularımızı məyus etdik”. Human Rights Watch (HRW) təşkilatının aprelin 27-si dərc etdiyi “İsrailin (sionist rejim) vəhşi siyasəti aparteid və zülm cinayətidir” başlıqlı 213 səhifəlik hesabatından bəhs edilən məktubda, sözügedən hesabatda İsrail rejiminin qurumlarının aparteid siyasəti ilə insanlığa qarşı cinayətlər törətdiyini sənədləşdirdiyi vurğulanıb. Məktubda fələstinlilərin Şərqi Qüdsün Şeyx Cərrah məhəlləsindəki evlərindən zorla çıxarılması, İsrail rejiminin qüvvələrinin Ramazan ayında Əl-Əqsa məscidinə basqını və İsrail rejiminin Qəzzaya hava hücumu hadisələrində istifadə olunan xəbər dili buna nümunə göstərilib. ABŞ media qurumlarının İsrail rejiminin hərbi iddialarını xəbərlərində sorğulamadan və dəlil istəmədən tez-tez təkrarladığı qeyd olunan məktubda, belə deyilir: “Jurnalistləri qorxu və üstünlük vermədən kontekstə əsaslanaraq həqiqəti söyləməyə və İsrail rejiminin fələstinlilərə zülmünü gizlətməyin bu sektordakı obyektivlik standartlarına cavab verməməsi demək olduğunu qəbul etməyə çağırırıq”. Məktubda jurnalistlərin cəmiyyəti düzgün məlumatlandırmaqda vacib missiyasının olduğu vurğulanır: “Hekayəni düzgün yazmaq bizim məsuliyyətimiz və müqəddəs öhdəliyimizdir. Hər dəfə həqiqəti xəbər verə bilmədikdə, oxucularımızı, işimizi və nəticədə Fələstin xalqını məyus edirik”. Oxşar xəbərlər
|