Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı açıqlama verdi
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bu ilki Həcc ziyarəti zəvvarlarının limitinin 60 min nəfər olduğunu və yalnız Səudiyyər Ərəbistanı vətəndaşlarının və ölkədə yaşama izni olanların Həcc ziyarətinə qatıla biləcəyini bildirib.
Səudiyyə Ərəbistanı Xəbər Agentliyinin (WAS) verdiyi məlumata görə, Həcc və Ümrə Nazirliyi açıqlamasında vətəndaşların və sakinlərin hicri 1442-ci ildə 60 min zəvvarla Həcc ayinləri üçün qeydiyyatdan keçmələrinə icazə verilməsinə qərar verdiyini elan edib. Bəyanatda bunun səbəbinin "COVID-19" virusunun davamlı yayılması olduğu deyilir. Açıqlamaya görə, qeydiyyatdan keçmək istəyənlər vaksinasiyadan keçmiş 18 ilə 65 yaş arasındakı şəxslər olmalıdır. Bundan əvvəl "Reuters" Səudiyyə Ərəbistanının iki məlumatlı səlahiyyətlisinə istinadən Riyadın koronavirusun yayılmasından qorxaraq xarici zəvvarların gəlişini ikinci il qadağan etməyi düşündüyünü bildirmişdi. (eastnews.org) Oxşar xəbərlər
|