Səudiyyə rejimində daha bir gənc Əhli-Beyt (ə) ardıcılı edam cəzası aldı
Səudiyyə rejiminin Daxili İşlər Nazirliyi bu gün (15 iyun) bir gənc Əhli-Beyt (ə) ardıcılının 2011-ci il Qətif etiraz aksiyalarında iştirak da daxil olmaqla 13 ağır ittihamla edam cəzasına məhkum edildiyini açıqlayıb.
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, nazirlik bu gün (15 iyun) Səudiyyə rejiminin Tarot şəhərindən olan şiə gənc Mustafa bin Haşim bin İsa Əl-Darvişin edamına dair açıqlama yayıb. Sözügedən gənc 2015-ci ildən etibarən həbsxanadadır. Bir neçə gün əvvəl Səudiyyə rejiminin məhkəmə orqanının bu gəncin edam qərarını təsdiqləmişdi və bu hökm bu gün səhər icra edilib. Bununla birlikdə, bəzi beynəlxalq və insan haqları təşkilatları Səudiyyə rejimini edam cəzasını dayandırmağa və beynəlxalq hüquqa riayət etməyə dəvət ediblər. Bəzi qanuni mənbələr Mustafaya haqq qazandıracaq kifayət qədər dəlillərin olduğunu, ancaq ona qarşı verilmiş hökmün daha çox siyasi olduğunu və Səudiyyə rejiminin məhkəmə hakimiyyətini qərarını dəyişdirməsini tələb edirlər. Oxşar xəbərlər
|