Sionist yaraqlılar Qüdsdə Fələstin vətəndaşlarına hücum etdilər
Mьəllif: Admin
Tarix: 16-06-2021, 13:35
Bцlmə: Xəbərlər
Sionist yaraqlılar Qüdsdə Fələstin vətəndaşlarına hücum etdilər
Fələstinli mənbələr sionist yaraqlıların təxribatçı bayraq yürüşünə yol açmaq üçün Qüdsdəki Fələstin vətəndaşlarına hücum etdiklərini bildiriblər.

Deyerler.org xəbər verir ki, Fələstin müqavimət qruplarının xəbərdarlıqlarına baxmayaraq, xəbər mənbələri bu gün (15 iyun) sionist silahlıların işğal altındakı Qüdsdəki fələstinli mülki şəxslərə hücum etdiklərini bildiriblər.

Fələstin mənbələri, İsrail rejimi qüvvələrinin sionist yerləşənlərin Qüds şəhərinə girib bayraq yürüşünə başlamalarını təmin etmək üçün Bab Əl-Amudda Fələstin vətəndaşlarına hücum etdiyini bildirib.

Ərəb 48 xəbər saytı məlumat verir ki, sionist silahlılar hücumda çoxlu sayda fələstinli vətəndaşı həbs ediblər.

Əl-Cəzirə şəbəkəsi, İsrail rejiminin polisinə istinadən, Bab Əl-Amudda altı gənc fələstinlinin həbs olunduğunu bildirib.

Əl-Məyadin, həmçinin Təl-Əviv qüvvələrinin müxbiri də daxil olmaqla jurnalistlərin hadisə yerində olan fələstinlilərə yaxınlaşmasına mane olduğunu yazıb.

Fələstinli mənbələr, sionist rejimin hərbi qüvvələrinin fələstinlilərə gedən bəzi yolları bağladıqlarını və içəri girmələrinə icazə vermədiklərini bildiriblər.

Sionist mənbələrə görə, polisi yürüş iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün bu gün işğal altındakı Qüds şəhərinə 2000 əsgər göndərib.





Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031