Sudanlı uşaqların mövcud vəziyyəti açıqlandı
Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu olan UNICEF Sudandakı uşaqlarla bağlı hesabat yayıb.
Hesabatda vurğulanıb ki, Sudanda uşaqlar hal hazırda dəhşətli vəziyyətdə yaşayırlar. "Yaşları 5-dən az olan təxminən 3 milyon uşaq yetərsiz qidalandıqları üçün müxtəlif xəstəliklərə yoluxublar. Bu uşaqlardan 570 mindən çoxunun vəziyyəti ağırdır", - deyə hesabatda diqqətə çatdırılıb. Qeyd olunub ki, sudanlı uşaqlar zəiflik səbəbilə dünyada ilk sırada yer alırlar. (eastnews.org) Oxşar xəbərlər
|