Haiti prezidenti öldürüldü
Haitinin müvəqqəti Baş naziri bildirib ki, prezident Covenel Moise naməlum silahlı şəxslərin iqamətgahına etdiyi hücum nəticəsində öldürülüb.
"Sputnik"in verdiyi məlumata görə, hücumu naməlum şəxslər törədib, onlardan bəziləri ispan dilində danışan şəxslər olub. Baş naziri vəzifələrini icra edən Klod Cozef qeyd edib ki, prezident Covenel Moisenin şəxsi iqamətgahına gecə saatlarında hücum olub və o güllələnib. Xəbərlərdə Haiti prezidentinin həyat yoldaşının xəstəxanaya aparıldığı və vəziyyətinin ağır olduğu bildirilir. (eastnews.org) Oxşar xəbərlər
|