Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Fələstin Xalq Azadlıq Cəbhəsinin baş katibi Əhməd Cibrilin vəfatı münasibətilə başsağlığı verib.
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: "Mərhəmətli və bağışlayan Allahın adı ilə! Yorulmaz mücahid cənab Əhməd Cibrilin vəfatı münasibətilə Fələstin xalqına , Fələstinin qızğın mübarizəsində çalışan bütün mücahid və fəallara, Qərbi Asiya bölgəsindəki bütün müqavimət güclərinə və o mərhumun yaxınlarına başsağlığı verirəm. Bu şücaətli və çalışqan şəxsiyyət öz ömürünü Fələstinin işğal olunmuş torpağı və məzlum xalqı üçün mübarizəyə sərf edib. Allah-Taaladan onun üçün rəhmət, məğfirət və ən yüksək dərəcələr diləyirəm!" Oxşar xəbərlər
|