Oxfam: “Dünyada hər dəqiqədə 11 nəfər aclıqdan ölür”
Londonda yerləşən Oxfam beynəlxalq yardım təşkilatı dünyada hər 1 dəqiqə ərzində 11 nəfərin aclıqdan öldüyünü və 2020-ci ildə aclığa bənzər şərtlərin 6 dəfə artdığını bildirib.
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Oxfam təşkilatının “Aclıq virusu çoxalır” adlı hesabatında qlobal aclıq vəziyyəti ilə bağlı məlumatlar yayımlanıb. Hesabatda dünyada hər dəqiqədə 11 nəfərin aclıqdan öldüyü və aclığın dəqiqədə orta hesabla 7 ölümə səbəb olan yeni koronavirus növünü (Kovid-19) üstələdiyi bildirilib. İqlim böhranı və Kovid-19 epidemiyasının qlobal ərzaq qiymətlərinin 40% artmasına səbəb olduğunu bildirən hesabatda, bunun xalqı aclıq sərhədinə sürüklədiyi vurğulanıb. Qlobal miqyaslı hərbi xərclərin epidemiyanın başlanmasından etibarən 51 milyon dollar artdığı yazılan hesabatda, bu rəqəmin BMT-nin aclığa qarşı mübarizədə ehtiyac duyduğu məbləğdən ən az 6 dəfə çox olduğu bildirilib. Hesabatda münaqişə bölgələrində yaşayan təxminən 100 milyon insanın aclıq riski altında olduğu qeyd edilib. BMT-nin aclığın qarşısını almaq səylərinin “dərhal və tam” şəkildə maliyyələşdirilməli olduğunu qeyd edən hesabat, hökumətləri münaqişə bölgələrində ehtiyacı olanlara humanitar yardımların çatdırılması üçün işbirliyi etməyə dəvət edir. Oxşar xəbərlər
|