Ali Məqamlı Rəhbər Suriyadakı fələstinli qaçqınlara təşəkkür etdi
Ali Məqamlı Rəhbər Ayətullahul-üzma İmam Seyid Əli Xamenei işğalçı rejimə qarşı 12 günlük müharibədə Fələstin xalqı və müqavimətinin qələbə əldə etməsi münaaibətilə ona bir məktub göndərən Suriyadakı fələstinli qaçqınları təşəkkür məktubu ilə cavablandırıb.
Deyerler.org Mehrnews-a istinadən xəbər verir ki, İran-Fələstin Dostluq Cəmiyyətinin sədri Məhəmməd Əl-Buheysiyə göndərilən məktubda aşağıdakılar qeyd edilib: “Qüds Qılıncı əməliyyatı Müqavimət Cəbhəsinin yığılmış gücünün kiçik təzahürüdür. Qürurlu Fələstin xalqı Əl-Əqsa məscidini və Qüds torpağını qəhrəmanlıqla müdafiə etdi. Bu dəfə Fələstinin bütün bölgələrindəki xalqların birləşməsi və bütün müqavimət qruplarının heyranedici koordinasiyası, qəsbkar və irqçi sionist rejim dövrünün bitdiyini və Fələstin torpaqlarının və müqəddəs Qüds şəhərinin azad edilməsinin vaxtının gəldiyini göstərdi". Oxşar xəbərlər
|