Suriyada ABŞ bazasına qarşı daha bir raket hücumu oldu
Mьəllif: Admin
Tarix: 12-07-2021, 23:29
Bцlmə: Xəbərlər
Suriyada ABŞ bazasına qarşı daha bir raket hücumu oldu
Xəbər mənbələri bildiriblər ki, ABŞ əsgərlərinin yerləşdiyi Əl-Ömər neft sahəsindəki ABŞ bazasına daha bir raket hücumu baş verib.

Deyerler.org xəbər verir ki, Sabereen News Teleqram kanalının yazdığına görə, Suriyanın Deyr Əz-Zor bölgəsindəki Əl-Ömər neft sahəsindəki ABŞ bazası raketlə vurulub və raketin ABŞ bazasına düşməsindən sonra bazadan tüstülər göyə qalxıb.

Bəzi ərəb mənbələri bildiriblər ki, İraq-Suriya sərhədinə yaxın Deyr Əz-Zor vilayətindəki Koniko neft sahəsindəki ABŞ bazası da bu gün (12 iyul) səhər raketlə vuruldu.

Sabereen News-un yazdığına görə, dörd raket birbaşa Koniko bazasını düşüb.

Şahidlər Koniko bazasından tüstü və alovların qalxdığını və çoxlu sayda ABŞ koalisiya təyyarəsinin Muizzila vəl Əzba bölgəsi üzərindən keçdiyini bildiriblər.

Bir neçə dəqiqə sonra, Suriyanın dövlət xəbər agentliyi SANA yerli mənbələrə istinadən verdiyi xəbərində bunları qeyd edib:

"İşğalçı ABŞ qüvvələrinin Deyr Əz-Zorun şərqində hərbi baza olaraq istifadə etdiyi Koniko qaz stansiyasından partlayış eşidildi".

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031