Kərbəlada milyonlarla zəvvar üçün yeni tunellər inşa olunacaq
İmam Hüseynin (ə) müqəddəs ziyarətgahı milyonların qatıldığı dini mərasimlərin dirçəldilməsi zamanı zəvvarların hərəkətini asanlaşdırmaq məqsədi ilə İmam Hüseynnin (ə) pak hərəminin yaxınlığındakı bir sıra küçələrdə bir neçə tunelin inşasına başlanıldığını açıqlayıb.
Deyerler.org xəbər verir ki, İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının Texniki və Mühəndislik Layihələri şöbəsinin müdiri Hüseyn Rza Mehdi “İmamhussain” şəbəkəsinə açıqlamasında bunları deyib: “Müqəddəs ziyarətgah İmam Hüseynin (ə) hərəminin yaxınlığındakı bir sıra küçələrdə bir neçə tunelin inşası işlərini davam etdirir. Birinci tunel, struktur baxımdan tamamlanıb və Əqilə Zeynəb (s.ə) səhni layihəsinin işləri arasındadır. Əl-Şühəda küçəsinin sonundan İmam Hüseynin (ə) Qiblə küçəsinin ortasındakı Əllamə Əhməd bin Fəhd Əl-Hillinin ziyarətgahına qədər uzanır. Bunun ikinci mərhələsi küçənin sonuna qədər uzanan hissədir ki, növbəti Ərbəin səfərin bitməsindən sonra işlərə başlanacaq. Müvafiq qurumlardan bütün rəsmi təsdiqləri aldıqdan sonra Kərbəla şəhər mərkəzində iki tunelin inşasının həyata keçirilməsi üçün strateji plan var. Birincisinin Əl-Şühəda küçəsinin sonundan Əl-Rəvdəteyn küçəsinin əvvəlinə qədər uzandığı yer, ikincisi isə Mərkəzi Fəlləkənin başlanğıcından İmam Hüseynin (ə) məhəlləsinə qədər uzanacaq. 2014-cü ildən etibarən İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahlarını əhatə edən bir tunelin inşası üçün rəsmi şəkildə təsdiqləmələr var”. Oxşar xəbərlər
|