Sionist mediası: “Hizbullahın 700 km vuran 150.000 raketi var”
İsrail rejiminin mediasında gedən xəbərlərə görə, Hizbullahın təqribən 150.000 raketi var və qarşıdurma olduğu təqdirdə, işğal altındakı Fələstinə gündəlik 1000 - 3000 raket atılacaq.
Deyerler.org xəbər verir ki, sionist rejimin “Walla” saytının məlumatına görə, Livana qarşı ikinci müharibədən 15 il sonra (2006-cı ildəki 33 günlük müharibə) Hizbullah irəliləyiş əldə edib və təxminlərə görə, Hizbullahın raket arsenalına 15 ilə 700 km arası mənzilli raketlər, 200 km mənzilli idarəolunan raketlər və 400 km-ə qədər mənzilli pilotsuz təyyarələr daxildir. İsrail (sionist rejim) ordusu gələcəkdə Hizbullahla mümkün qarşıdurmada işğal altındakı Fələstinə gündəlik 1000 - 3000 raket atılacağını bildirir. Digər tərəfdən rejimin Haaretz qəzeti sionist rejimin təhlükəsizlik təşkilatındakı yüksək vəzifəli məmurların təxminlərinə görə, Livanla müharibə ehtimalının hələ də aşağı olduğunu yazıb. Qəzet İsrail rejiminin xarici mediada Hizbullahın raket dəqiqlikli layihəsinə (nöqtə atışlı raketləri) hücum cəhdlərinə baxmayaraq, hərəkatın bu bacarığı sionist təhlükəsizlik təşkilatı arasında narahatlıq yaradan şəkildə inkişaf etdirməyi bacardığını qeyd edib. İşğal altındakı Fələstindəki təhlükəsizlik təxminləri bunu göstərir ki, bu günə qədər Hizbullah yüzlərlə orta və uzaq mənzilli raketlər yığmağı bacardı və indi Livanda bu raketlərin tərkib hissələrini ehtiva edən bir neçə mərkəz var. İsrail rejiminin ordusundakı İran Cəbhəsi komandiri Tal Koleman da bu mövzuda belə danışıb: “Regional müharibəyə səbəb ola biləcəyi üçün Hizbullahın raket layihəsinə qabaqcadan zərbə vurmağı düşünmək çətindir”. Hizbullah baş katibi Seyyid Həsən Nəsrullah keçən ilin sonunda (2020) Əl-Məyadinə verdiyi müsahibəsində belə deyib: “Hizbullah nöqtə atışı raketlərinin sayını keçən il iki dəfə artdı və işğal altındakı Fələstin boyunca istənilən hədəfi dəqiq şəkildə vura bilərik”. Oxşar xəbərlər
|