Ali Rəhbər Ayətullah Xameneinin dünya müsəlmanlarına müraciəti
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Həcc günləri ilə əlaqədar dünya müsəlmanlarına ünvanlanmış müraciətində Həcc mesajlarının solmaması və təcavüzkar güclər xüsusi ilə ABŞ qarşısında müqavimətin zərurətindən danışıb.
Maide.Az “leader.ir” saytına istinadla xəbər verir ki, müraciətin tam mətni belədir: “Bismillahir Rəhmanir Rəhim! Dünyanın hər bir yerində olan müsəlman bacı və qardaşlar! Bu ildə islam ümməti böyük Həcc nemətindən məhrum oldu. Çox təssüf ki, şövqlü qəlblər Allah- Taalanın əzəmətli evində ziyafətdə olmaqdan məhrum oldular. Artıq ikinci ildir ki, mənəvi həcc mövsümü sevinci həsrət və ayrılıq mövsümünə çevrilib. Epidemik xəstəlik bəlası və bəlkə də müqəddəs hərəmi idarə edənlərin siyasətlərinin bəlası möminlərin həvəsli gözlərini İslam ümmətinin vəhdət, əzəmət və mənəviyyat simvolunu görməkdən məhrum edir. Bu əzəmətli zirvəni buludlarla və tozlarla örtür. Bu imtahan İslam ümmətinin tarixi keçmişində olan digər imtahanlar kimi ardınca parlaq bir gələcək gətirə bilər. Önəmli olan odur ki, Həcc öz həqiqi simasında müsəlman xalqın qəlbində və canında yaşasın. Hazırda müvəqqəti olaraq Həccin əməlləri olmasa da onun ali mesajı solmasın. Həcc, sir dolu bir ibadətdir. Öz gözəl tərkibi ilə müsəlman fərdin və cəmiyyətin kimliyini formalaşdırır və onu dünya xalqlarının gözündə gözəlləşdirir. Bir tərəfdən bəndələrin qəlbini ruhən yüksəldir, zikr, təvazökarlıq və dua ilə onları Allaha yaxınlaşdırır, digər tərəfdən isə dünyanın hər yerindən eyni geyim, eyni istiqamət və koordinasiyalı hərəkəti ilə dünyanın dörd guşəsindən toplaşan qardaşların vəhdət və birlik bağlarını möhkəmləndirir. Digər tərəfdən İslam ümmətinin ali simvolunu bütün mənalı və sirli ayinləri ilə dünyanın gözü önünə qoyur və ümmətin əzmini və əzəmətini bədxahlara göstərir. Bu il həcc mövsümündə Allahın əzəmətli evinə əlimiz çatmır, lakin ev sahibinə diqqət, zikr, təvazökarlıq, münacat və tövbəyə əlimiz çatır. Ərəfata gedə bilməsək də, Ərəfə günü mərifət artıran dua və münacatı edə bilərik. Minada şeytanı daşlamaq mümkün deyil, lakin hegemon şeytanları küncə sıxışdırmaq və uzaqlaşdırmaq hər yerdə mümkündir. Kəbə ətrafında iştirakımız mümkün deyil, lakin qəlblərin Qurani-Kərimin ayələri ətrafında toplaşması və Allahın ipindən yapışması hamının vəzifəsidir. Bu gün biz müsəlmanlar böyük bir cəmiyyətə, geniş bir əraziyə, saysız-hesabsız təbii sərvətlərə və ayıq-sayıq millətlərə sahibik. Biz öz əlimizdəki bu imkan və potensiallarla gələcəyimizi formalaşdırmalıyıq. Bu gün biz müsəlmanlar böyük bir cəmiyyətə, geniş bir əraziyə, saysız-hesabsız təbii sərvətlərə və ayıq-sayıq millətlərə sahibik. Biz öz əlimizdəki bu imkan və potensiallarla gələcəyimizi formalaşdırmalıyıq. Bu gün bir çox ölkələrin elmdə geridə qalması və siyasi asılılığı həmin passivliyin və qeyri-adekvatlığın nəticəsidir. Bu gün xalqlarımız, gənclərimiz, alimlərimiz, din alimlərimiz, ziyalı vətəndaşlarımız, siyasətçilərimiz və partiyalarımız o utancverici keçmişin əvəzini çıxmalıdır. Onlar ayağa qalxmalı və Qərb güclərinin zorakılığı, müdaxiləsi və zülmünə qarşı "müqavimət” göstərməlidir. Dünya hegemonlarını narahat edən və qəzəbləndirən İran İslam Respublikasının yeganə sözü də məhz bu “müqavimət”ə dəvətdir. Müqavimət, yəni ABŞ-ın və digər təcavüzkar güclərin müdaxilələri və zorakılıqları qarşısında dayanmaq və İslam maarifinə söykənərək İslam dünyasının gələcək taleyini ələ almaq. Təbii ki, ABŞ və onun müttəfiqləri “Müqavimət” adına çox həssasdırlar. Elə buna görə də, İslami müqavimət cəbhəsi ilə hər növ düşmənçilik edirlər. Acı həqiqət olan bölgə dövlətlərinin bəzilərinin onlarla müttəfiq olması həmin çirkinliklərin davamıdır. Həcc əməllərində (səy, təvaf, ərəfat və şeytanı daşlamaq) və Həccin vəhdət, əzəmət və şüarlarında bizə göstərilən doğru yol (sirati-müstəqim) , Allaha təvəkkül etmək , Allahın tükənməz gücünə diqqət yetirmək, özgüvənlilik, çalışmaq, irəliləməkdə əzmkar olmaq və qələbəyə ümiddir. İslam coğrafiyasında baş verən hadisələr bu ümidi və əzmkarlığı daha da artırır. Bir tərəfdən, İslam dünyasında baş verən xoşagəlməz hadisələr, elmi geriləmələr, siyasi asılılıqlar, ictimai və iqtisadi çatışmazlıqlar bizi böyük öhdəliklər qarşısında qərar verir və yorulmadan çalışmağa sövq edir. İşğal olunmuş Fələstin bizi köməyə çağırır, Qana boyanmış məzlum Yəmən qəlblərimizi ağrıdır, Əfqanıstanda baş verən müsibətlər hamını narhat edir, ABŞ və müttəfiqlərinin müdaxiləsi və çirkin əli olan İraq, Suriya, Livan və bəzi digər müsəlman ölkələrindəki acı hadisələr gənclərin qeyrətini çuşa gətirir və mübarizə aparmaq üçün onlara ilham verir. Digər tərəfdən , bütün bu həssas bölgələrdə müqavimət nişanələrinin baş qaldırması, xalqların oyanışı, istedadlı gənc nəslin motivasiyası qəlbləri ümidlə doldurur. Fələstində bütün sahələrdə “Qüds qılıncı” qınından çıxarılıb. Qüdsdə, Qəzzada, İordan çayının qərb sahilində, 1948-ci ildə işğal olunmuş ərazilərdə, qaçqın düşərgələrində hamı ayağa qalxdı və 12 gün ərzində təcavüzkarların burnunu yerə sürtdü. Mühasirədə saxlanılan və yalqız qalan Yəmən 7 ildir ki, daşürəkli, məzlumları qətlə yetirən pis düşmənin cinayətllərinə və təcavüzünə dözür. Yoxsulluq, ərzaq və dərman çatışmazlığı ilə üz-üzə olsa da, təcavüzkarlara boyun əymir və onları öz təşəbbüs və gücü ilə torpaqlarından qovur. İraqda müqavimət gücləri aydın və birmənalı olaraq işğalçı ABŞ və onun əlaltısı olan İŞİD-i geriyə otuzdurur. Öz qətiyyətli iradələri ilə ABŞ və müttəfiqlərinin hər növ dəxalət və çirkin planları ilə çəkinmədən mübarizə aparırlar. Amerikalıların təbliğat maşınının İraqda, Suriyada, Livanda və digər ölkələrdə müqavimət güclərinin və qeyrətli gənclərin əməl və istəklərini təhrif edərək, onların gördüyü işləri hər hansı bir ölkəyə bağlamağa çalışması bu qorxmaz və oyaq gənclərə hörmətsizlik və Amerikalıların bölgə xalqlarını düzgün analiz edə bilməməsi və düzgün anlamamsından irəli gəlir. Elə bu düzgün analiz edə bilməmək və düzgün anlamamaq ABŞ-ın Əfqanıstanda təhqir olmasına səbəb oldu. İyirmi il öncə səs-küylə bu ölkəyə girdikdən, uzun illər müdafiəsiz və dinc sakinlərin üzərinə bomba və güllə yağdırdıqdan sonra özünü batlaqda hiss etdi və öz hərbi güc və texnikasını Əfqanıstandan çıxartdı. Əlbəttə, Əfqanıstanın oyaq xalqı ABŞ-ın yumşaq müharibə silahları və kəşfiyyat vasitələri qarşısında ayıq-sayıq olmalı və mübarizə aparmalıdırlar. Bölgə xalqları ayıq-sayıq olduqlarını sübut ediblər. Həmin xalqlar göstəriblər ki, ABŞ-ı özlərindən razı saxlamaq üçün önəmli Fələstin məsələsində onun istəklərinə boyun əyən bəzi dövlətlərlə onların yolu və baxışı fərqlidir. Qəsbkar sionist rejimlə aşkar və gizlin dostluq nərdi oynayanlar Fələstin xalqının öz tarixi torpaqlarındakı haqqını danırlar, Fələstinlilərin sərmayəsini oğurlayırlar. Onlar öz ölkələrindəki təbii sərvətləri talan etməklə kifayətlənməyib, indi də Fələstin xalqının sərvətlərini talan edirlər. Qardaşlar və bacılar! Bizim bölgəmiz və orada baş verən sürətli və dəyişkən hadisələr dərs və ibrət alma sərgisidir. Bir tərəfdən, təcavüzkarla mübarizə və müqavimət nəticəsində ortaya çıxan qüdrət, digər tərəfdən də, zəifliyi, təslim olması və boyun əyməyə məcbur olması nəticəsində ortaya çıxan zillət. Allahın yolunda cihad edənlərə yardım etməsi Allahın sadiq vədəsidir. اِن تَنصُرُوا اللَّهَ یَنصُرکُم وَ یُثَبِّت اَقدامَکُم. “... Əgər Allaha yardım etsəniz, Allah da sizə yardım edər və qədəmlərinizi möhkəmləndirər.” (“Muhəmməd” surəsi, ayə 7.) Bu cihadın ilk təsiri ABŞ və digər beynəlxalq hegemonların İslam ölkələrinə müdaxiləsi və çirkinliklərinin qarşısını almaqdır, inşallah. Mütəal Allahdan müsəlman xalqlarının qələbəsini istəyir, İmam Zamana (əc) salam göndərir, böyük İmam Xomeyni və şəhidlərin məqamının ucaltmasını diləyirəm. Oxşar xəbərlər
|