Bu ilki Ərbəin şüarı - 'İmam Hüseyn (ə) nicat gəmisidir'
Ərbəin Mədəniyyət Qərargahı (İran və İraqdakı Ərbəin Mədəniyyət Komitəsi) bu ilki Ərbəin şüarını “İmam Hüseyn (ə) nicat gəmisidir” (Əl-Hüseyn Safinat əl-Nəcah) elan edib
Maide.Az “Fars” agentliyinə istinadla xəbər verir ki, Ərbəin Mədəniyyət Qərargahı bəyanatında qeyd edib ki, “Ərbəin 1443-1400” dünya ictimaiyyətində baş verən hadisələr o cülmədən koronavirusunun yayılması,hegemon güclərin dünyadakı zülmü, beynəlxalq terror addımlarının fonunda dünyanın nicat yolu Allahın Rəsulu (s) və onun Əhli-beytinə (ə) xüsusilə şəhidlər sərvəri İmam Hüseynə (ə) təvəssül və müraciətdədir. Elə mövcud vəziyyəti nəzərə alaraq bu ilki şüar “İmam Hüseyn (ə) nicat gəmisidir” (Əl-Hüseyn Safinat əl-Nəcah) seçilib. Qeyd edək ki, hər ilin ənənəsinə görə, İmam Hüseynin (ə) Ərbəin yürüşü xüsusi bir şüarın təyin edilməsi və elan edilməsi ilə müşayiət olunur. Bu şüar Ərbəin sahəsindəki bütün tərəflər və fəallar üçün böyük mədəni hərəkatın istiqamətini və ruhunu tanıtmaq üçündür. Həmişə bu şüarı bölgədəki və dünyadakı vəziyyətə və şərtlərə uyğunlaşdırmaq üçün səy göstərilib və bir formada cari dövrün vacib məqamlarını əks etdirmək və işıqlandırmaq, şəhidlərin bütün sevənlərinin yaxınlaşması və birliyi üçün bir strategiyanın təyin olunmasına səbəb olub. Qeyd etmək lazımdır ki, şüarın seçilməsi əvvəlki illərdə olduğu kimi Ərbəin mərasiminin keçirilməsini nəzərdə tutmur və İraq hökuməti tərəfindən Kərbəla şəhərinə yürüşün və necə keyfiyyətlə keçiriləcəyi barədə hələlik heç bir mövqe bildirilməyib. Xatırladaq ki, Ərbəinin keçən ilki şüarı da “İmam Hüseyn (ə) nicat gəmisidir” seçilmişdi. Oxşar xəbərlər
|