İraqın cənubundakı ən ucqar nöqtədən Ərbəin səfərinin ilk dəstəsi yürüşə başladı
İmam Hüseynin (ə) Ərbəin yürüşünün ilk dəstəsi 1 sentyabrda Bəsrə vilayətinin cənubundakı ən ucqar nöqtədən Kərbəla istiqamətinə doğru hərəkət etməyə başlayıb.
Deyerler.org xəbər verir ki, bu karvan Ərbəin yürüşünü canlandırmaq məqsədilə Bəsrə vilayətinin Ras Əl-Bişə rayonunda nəhəng İmam Hüseyn (ə) bayraqları daşıyaraq yürüşə başlayır və yol boyu digər rayonlardan hərəkət edən qruplar onlara qoşulur. Ras Əl-Bişə Kərbəlaya 667 kilometr məsafədə yerləşir. Qeyd edək ki, Həzrət İmam Hüseynin (ə) müsibətli şəhadətinin 40-cı günündə Kərbəlada onmilyonların iştirakı ilə Ərbəin mərasimi keçirilir. Oxşar xəbərlər
|