Seyid Əmmar Əl-Həkim: “Ən mühüm hədəfimiz ABŞ-ı İraqdan çıxarmaqdır”
İraqın Milli Hikmət hərəkatının lideri Seyid Əmmar Əl-Həkim Babil vilayətində “Milli Hikmət Qüvvələri Koalisiyası”nın seçki kampaniyasının açılışında, İraq xalqının bu gün digər regional və bölgədənkənar ölkələrin istəklərinə tabe olmayan, xalqının arzu və istəklərinin yerinə yetirilməsini düşünən güclü, müstəqil, sabit və firavan hökumət istədiyini vurğulayıb.
Deyerler.org Əl-Aləmə istinadən xəbər verir ki, Seyid Əmmar Əl-Həkim İraqın yeni dövrə daxil olduğuna toxunaraq, belə danışıb: “İraq yeni siyasi keçid dövrünə, yeni regional və beynəlxalq vəziyyətə şahidlik edir və indi heç kimin icazəsiz başqa bir ölkəyə girə bilməyəcəyi və ya suverenliyinə müdaxilə edə bilməyəcəyi dövrdən keçirik”. Milli Hikmət Qüvvələri Koalisiyasının siyasi məqsədlərindən ən əhəmiyyətlisi, siyasi mötədillik və sabitlik metodunu mənimsəmək, İraqı regional meyllənmədən uzaqlaşdırmaq və ABŞ qüvvələrinin rəhbərliyi altında xarici qüvvələrin müəyyən bir vaxt ərzində çıxması ilə İraqın ərazi suverenliyini gücləndirmək ən vacib məsələlərdən biridir”. Əl-Həkim hökumətin nüfuzunun möhkəmləndirilməsi və hamı üçün qanunun icrası prosesinin gücləndirilməsi, silahın hökumətin əlində cəmləşməsi, təhlükəsizlik və hərbi aparatların gücləndirilməsi və xalq səfərbərliyini bu koalisiyanın digər məqsədləri olaraq sadalayıb. Milli Hikmət Qüvvələri Koalisiyasının lideri koalisiyanın xüsusilə ərəb dünyasında və İslam dünyasında Fələstin məsələsindən ciddi narahat olduğunu vurğulayıb: “Xalqın və gənclərin seçkilərə geniş şəkildə qatılmaqla tələblərinin davam etdirilməsi, İraqın təhlükəsiz sahilə çatmasına, vətəndaşlarının ləyaqətini tanıyan və İraqın mövqeyini yenidən quran bir hökumət qurulmasına gətirib çıxaracaq”. Oxşar xəbərlər
|