İran Ərbəin xərclərini azaltmaq üçün İraqı əməkdaşlığa dəvət etdi
Mьəllif: Admin
Tarix: 8-09-2021, 18:17
Bцlmə: Xəbərlər
İran Ərbəin xərclərini azaltmaq üçün İraqı əməkdaşlığa dəvət etdi
Ərbəin Mərasimləri Təşkilat Komitəsinin sədri Hüseyn Zülfiqari İraqın İrandakı səfiri ilə görüşüb və İraq hökumətini Ərbəin səfərinin qiymətini azaltmaq üçün birgə işləməyə dəvət edib.

Deyerler.org xəbər verir ki, İran Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfiqari İraqın İrandakı səfiri Nasir Əbdül Muhsin Abdullah ilə görüşündə hər bir sərnişinin İraq hava limanında PCR testindən keçməsi ilə bağlı İraqın verdiyi qərara toxunaraq,

PCR testlərinin İranda keçirilməsini və bu testlərin qəbul edilməsini, adam başına düşən 40 dollarlıq xərcin ləğv edilməsini istəyib.

H.Zülfiqari İran üçün ayrılan 30 min nəfərlik kvotaya da toxunaraq, zəvvarların quru yolları ilə geri dönmələrinə imkan yaradılmasını istəyib.

O, həmçinin son anda sıxlığın qarşısını almaq üçün zəvvarlara vizaların qısa müddətdə verilməsini istəyib.

İraqın Tehrandakı səfiri Nasir Əbdül Muhsin Abdullah da görüdə bunları deyib: “Koronavirusun yayıldığı mövcud şərtlər, Ərbəini sevən və marağında olan hər kəsin uğurlu mərasim keçirməsinə və hər kəsin mərasimə qatılmasına icazə vermir”.

İraqın Tehrandakı səfiri, koronavirus nəzərə alınmaqla İran İslam Respublikası üçün 30 min nəfərlik kvota ayrıldığını qeyd etmişdi.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031