İraq Ərbəin mərasimi barədə yeni qərar qəbul etdi
İraq Baş naziri Mustafa əl-Kazimi Ərbəin mərasimində iştirak edəcək xarici qonaqlara verilən viza sayının artırılması barədə göstəriş verib.
Yeni qərara görə, xarici qonaqlara veriləcək vizaların sayı 40 mindən 80 minə qaldırılacaq. Bu qərarla 60 min İran vətəndaşı Ərbəin mərasimlərinə qatıla biləcək. Bundan əvvəl İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan İraq hökumətini Ərbəin mərasimi üçün İraqa gələnlərin sayını artırmağa çağırmışdı. (eastnews.org) Oxşar xəbərlər
|