Yəmən ordusu Məarib vilayətində daha iki bölgənin işğaldan azad etdi
Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələrinin Məarib vilayətində Rahbə və Məhliya bölgələrini azad etdiyi bildirilib.
Deyerler.org MMY-yə istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Nasrul Mubin əməliyyatının üçüncü mərhələsi çərçivəsində Məarib vilayətinin Rəhbə və Məhliya bölgələrinin azad edilməsinin təfərrüatlarını elan edib: “Ordumuz Rəhbə və Məhliya bölgələrini azad etmək üçün azad Məarib sakinlərinin əməkdaşlığı ilə bir neçə istiqamətdə əməliyyata başladı. Əməliyyat planına görə, qüvvələrimiz, əməliyyatın başlamasından cəmi bir neçə saat sonra bölgənin mərkəzinə doğru böyük irəliləyiş əldə etdilər. Əməliyyat zamanı təcavüzkar döyüş təyyarələri qüvvələrimizin qurtuluş və təmizləmə missiyasını yerinə yetirməsinə mane olmağa çalışaraq 37 hava hücumu təşkil etdi. Şükürlər olsun ki, qüvvələrimiz qısa müddətdə Rahbə bölgəsini azad edə bildilər”. Yəmən ordusu və inqilabi xalq komitələrinin əsirlərə və muzdlulara İslam əxlaqına və prinsiplərinə uyğun davrandıqlarını bildirərək, belə deyib: “Nasrul Mubin əməliyyatının üçüncü mərhələsində Səudiyyə rejiminin koalisiyasının 151 muzdlu əsgəri öldürüldü və yaralandı, bəziləri isə əsir götürüldü. Təxminən 1200 kvadrat kilometrlik 2 bölgə tamamilə işğalçılardan təmizləndi. Silahlı qüvvələr, ümumilikdə azadlıq və müstəqillik savaşında və xüsusən də Məarib vilayətinin azad edilməsində izzətli Məarib qəbilələrinin böyük rolunu yüksək qiymətləndirirlər. Məarib vilayətinin xalqı yalnız öz ölkəsi və xalqı ilə birlikdə işğalçılara və təcavüzkarlara qarşı olacaq ... Bu mövqe tarix boyu Yəmən tayfasının prinsip və adətlərinə uyğundur”. O, Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədruddin Əl-Husinin Yəmənin bütün ərazilərinin geri alınması ilə bağlı sonuncu çıxışına istinad edərək Yəmən ordusunun bu çağırışı həyata keçirmək üçün Ənsarullahın lideri ilə əhd bağladığını söyləyib. Oxşar xəbərlər
|