İran və İraq qarşılıqlı viza rejimini ləğv etdi
Mьəllif: Admin
Tarix: 13-09-2021, 21:47
Bцlmə: Xəbərlər
İran və İraq qarşılıqlı viza rejimini ləğv etdi

İranın paytaxtı Tehranda rəsmi səfərdə olan İraqın baş naziri Mustafa Əl-Kazımi İranın prezidenti Ayətullah Seyid İbrahim Rəisi ilə görüşüb.

Deyerler.org Mehrnews-a istinadən xəbər verir ki, görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında danışan İran prezidenti, iki ölkə arasında viza tətbiqinin ləğv edildiyini açıqlayıb.

İraq və İran arasında dərin əlaqələrin olduğunu qeyd edən Ayətullah Rəisi, İraqın baş nazirinin iki ölkə arasında vizanın ləğv edilməsini və Ərbəin ziyarəti üçün İranın kvotasının artırılmasını təsdiqlədiyini söyləyib.

İraqla əlaqələrini daha da inkişaf etdirməyi hədəflədiklərini vurğulayan İran prezidenti, Əl-Kazımi ilə görüşdə bir çox qərarın qəbul edildiyini bildirib.

İraqın baş naziri Mustafa Əl-Kazımi də, mətbuat konfransında iki ölkə arasındakı tarixi və dostluq əlaqələrini gücləndirəcək bir çox ortaq mövzunun müzakirə edildiyini qeyd edərək, belə danışıb: “İŞİD terror təşkilatı ilə mübarizədə İraqın yanında olan hər kəsə təşəkkür edirəm. İran müharibənin ilk andan İraqın yanında idi”.

Əl-Kazımi İraqla İran arasındakı əlaqələrin iki ölkə arasındakı sərhədlərdən daha dərin olduğunu söyləyib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031