Amerikalı generallardan etiraf: “Bacarmadıq!”
Əfqanıstan əsgərlərini hazırlayan istefada olan general-leytenant Karl Eikenberri, ABŞ-ın burada xərclədiyi pulların israf olduğunu, çünki Əfqanıstan əsgərlərinə ancaq təlim keçə bildiklərini, ruhiyyə isə verə bilmədiklərini deyib.
Deyerler.org Rasthaber-ə istinadən xəbər verir ki, ABŞ-ın Əfqanıstan Qüvvələri Komandanlığı və ABŞ-ın Kabildəki səfirliyində xidmət edən istefada olan general-leytenant Karl Eikenberri, Əfqanıstanın işğalının xərclənən pula dəymədiyini qeyd edib. CNN televiziyasının Əfqanıstanda xidmət etmiş 8 yüksək səviyyəli ABŞ generalı ilə hazırladığı sənədli filmdə, komandirlər 20 illik Əfqanıstan işğalında ölkələrinin səhvlərindən bəhs ediblər. 2005-2007-ci illərdə ABŞ-ın Əfqanıstan Qüvvələri komandanı vəzifəsində işləmiş, istefada olan general-leytenant Eikenberri, bunları deyib: “Əfqanıstanda 20 illik müharibədə ortaya çıxan nəticə, çəkilən xərclərə dəyməz”. 2009-cu ildə ABŞ-ın eks-prezidenti Barak Obama tərəfindən Əfqanıstan Qüvvələri Komandanlığına təyin olunan və 2010-cu ildə rəhbərliyi tənqid edən məqalə yazdıqdan sonra istefa verən general Stenli Makkristal da problemin Əfqanıstanın işğalından əvvəl başladığını qeyd edib: “Problemi başa düşə bilmədik. Ətraf mühitin mürəkkəbliyi başa düşülməmişdi (rəhbərlik tərəfindən). Sürətlə həll olunacağını düşündüyümüz işin üzərinə sürətlə getdik, amma əslində daha uzun müddətdə həll oluna bilərdi”. 11 sentyabr hücumlarından dərhal sonra Əfqanıstana birbaşa hücumlarla girilməməli olduğunu qeyd edən Makkristal, əvvəlcə Əl-Qaidəni çox yaxşı araşdırmalı və bu işğalın nə qədər çətin və uzun olacağını qabaqcadan bilməli olduqlarını söyləyib. “Heç vaxt masa ətrafında oturub bu işğalın 20 il davam edə biləcəyini danışmamışıq”, - deyə o, bildirib. Digər tərəfdən, İraq müharibəsinin memarlarından və üsyanla mübarizə strategiyasının atası, təqaüdçü general və keçmiş MKİ direktoru David Petreus da, terrorizm və üsyana qarşı mübarizə strategiyasının işə yaradığını, ancaq ölkədə milləti formalaşdırma və uzun müddət ordunun saxlanılması siyasətinin səhv olduğunu deyib. ABŞ-ın sabiq baş qərargah rəisi və 2012-2013-cü illərdə ABŞ-ın Əfqanıstan Qüvvələri komandiri vəzifəsində işləyən istefada olan general Cozef Danford, ABŞ-ın Əfqanıstanı işğal etməsinin Əl-Qaidənin ABŞ-a hücum qabiliyyətini qırdığını bəyan edib. “Ortaya çıxan nəticəni uyğun investisiya səviyyəsi etdiyimizi deyə bilmərik. Kaş ki, daha az oğlan və qız həyatını itirsəydi, daha az ailələr əziyyət çəksəydi, daha az itki versəydik”, - deyə Danford bildirib. 2010-2012-ci illərdə ABŞ Əfqanıstan Qüvvələri Komandanlığı vəzifəsində çalışan və Obamanın İŞİD ilə mübarizə üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən, istefada olan general Con Allen də, Əfqanıstanda uğursuzluğunun ən mühüm səbəbinin İraq müharibəsi olduğunu qeyd edib. “Strateji diqqət və imkanlarımızın çoxu İraqa, oradakı savaşa yönəldildi”, - deyə o, bildirib. 2002-2003 və 2007-2008-ci illərdə eyni vəzifəni tutan istefada olan general Dan Makneill, mənbələrin və diqqətin İraq müharibəsinə yönəldiyi üçün Əfqanıstandakı əməliyyatlarda hər şeyin yanlış getdiyini söyləyib. “Bu xərc nəticəyə dəyərdi?” sualına isə, general Dan Makneill belə cavab verib: “İlk reaksiyam, bəli, olardı, amma artıq əmin deyiləm”. Oxşar xəbərlər
|