BMT: 7 milyondan çox yəmənli pis qidalanmadan əziyyət çəkir
Mьəllif: Admin
Tarix: 20-09-2021, 11:12
Bцlmə: Xəbərlər
BMT: 7 milyondan çox yəmənli pis qidalanmadan əziyyət çəkir
7,6 milyon yəmənli pis qidalanmadan əziyyət çəkir.

Maide.Az İRNA-a istinadla xəbər verir ki, bunu BMT-nin Yəməndəki Humanitar İşlərin Əlaqələndirilməsi Ofisi (OCHA) verdiyi açıqlamada bildirib.

Məlumatda bildirilir ki, pis qidalanmadan əziyyət çəkən yəmənlilərdən 2 milyon 300 min nəfəri uşaqlardır. 1 milyon 200 min nəfər isə hamilə və südəmər körpəsi olan qadınlardır. Həmin hamilə və südəmər körpəsi olan qadınların müalicəyə ehtiyacı var.

Məlumatda qeyd olunur ki, cari ildə Yəməndə müalicə xərclərinin 11 faizi üçün maliyyə təminatı olunub. Qeyd olunub ki, Yəməndə 20 milyon nəfərin tibbi xidmətlərə ehtiyacı var.

Açıqlamada qeyd olunub ki, Yəməndə xəstəxanaların 51 faizi tam potensialı ilə fəaliyyət göstərir. Yəmənin 333 şəhərindən 67 şəhərində həkim fəaliyyəti mövcuddur. Orta hesabla hər 10 dəqiqədən bir bir uşaq müalicə oluna biləcək xəstəlikdən həyatını itirir.

Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir.

Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb.

Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur.

Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur.

Dünya Səhiyyə Təşkilatı və UNICEF də daxil olmaqla bir çox beynəlxalq təşkilatlr Yəmən xalqının son əsrdə görünməmiş aclıq və humanitar fəlakətlə üzləşdiyi barədə dəfələrlə xəbərdarlıq ediblər.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031