Hizbullah meydan oxudu: “Hazırıq!”
Fələstin mətbuatının yazdığına görə, Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Naim Qasim sionist rejimə Livana edəcəyi istənilən bir hücumla bağlı xəbərdarlıq edib.
Deyerler.org Hurseda-ya istinadən xəbər verir ki, Şeyx Naim Qasim dünən (24 sentyabr) axşam verdiyi açıqlamasında, bunları deyib: “Hizbullah İsrail rejiminin Livana qarşı istənilən hücumuna cavab verəcək və silahlı müdafiəyə hazır vəziyyətdədir. İsrail rejiminin Livana istənilən bir hücumu Hizbullah tərəfindən cavablandırılacaq. Livan müharibəyə sürüklənsə də, biz bununla üzləşəcəyik. Silahlarımız hədəfə istiqamətli və doludur. Daha çox silaha ehtiyacımız varsa, özümüzü yenidən silahlandırmağın yolları var. Biz Livan hökumətinin İsrail rejimi ilə sərhəd məsələsində dolayı danışıqlara münasibətini gözləyirik və növbəmiz çatanda vəzifəmizi yerinə yetirəcəyik. Livan mərkəzi bankı və Livan yanacaq şirkətləri Livanın yanacaq ehtiyacını ödəmədikcə neft gətirməyə davam edəcəyik”. Şeyx Naim Qasımın açıqlaması Livanın prezidenti Mişel Aunun BMT Baş Assambleyasındakı çıxışından sonra gəlib. Aun çıxışında Livanın İsrail rejimi ilə dəniz mübahisəsi ilə əlaqədar dolaylı danışıqları bərpa etməyə dəvət etmişdi: “İsrail rejiminin Livanı dəfələrlə təhdid etməsindən və İsrail rejiminin mübahisəli dəniz sərhədi boyunca neft və qaz kəşfiyyatı aparmaqla bağlı son planlarından ciddi şəkildə narahatıq. İqtisadi zonamızın sərhədlərini pozmağa yönəlmiş cəhdləri qınayırıq və bu bölgədəki neft və qaz haqqımızı qoruyuruq. Livan beynəlxalq hüquqa uyğun olaraq cənub dəniz sərhədlərinin delimitasiyası ilə əlaqədar dolayı danışıqların bərpasını tələb edir. Sərhəd iddialarımızdan imtina etməyəcəyik və güzəştə getməyəcəyik. Bizim yanımızda durmaq beynəlxalq birliyin roludur”. Xatırladaq ki, 2020-ci ilin oktyabr ayında İsrail rejimi və Livan arasında son 30 ildə ilk dəfə olan dəniz sərhədləri ilə bağlı danışıqlar ABŞ-ın vasitəsilə başlamışdı. Oxşar xəbərlər
|