Yaşlı dövrdə əqli zəifliyin qarşısını almağın yolları
Mьəllif: Admin
Tarix: 27-09-2021, 21:24
Bцlmə: Xəbərlər
Yaşlı dövrdə əqli zəifliyin qarşısını almağın yolları
Hər bir neçə saniyədən bir Yer üzündə insanlara qocalıq demansı diaqnozu qoyulur.

Bir qayda olaraq, qocalıq demansının (əqli zəiflik) ilk əlamətləri qocalıqda görünür, ancaq beyində geri dönməz dəyişikliklər daha erkən başlayır və bu dəyişikliklərin nə qədər güclü olacağı və onları tarazlaşdırmağın mümkün olub-olmaması insanın həyat tərzindən asılıdır.

"Deyerler.org"un doctor.rambler.ru-ya istinadən verdiyi xəbərə görə, hər şeydən əvvəl həkimlər əminliklə bildirir ki, nəinki siqaret çəkməmək, spirtli içkilərdən istifadə etməmək, həm də düzgün qidalanmaq lazımdır.

Daimi fiziki məşqlər, hipertaniya və diabetin qarşısının alınması da demansın qarşısını almağa kömək edəcək.

Ancaq ən birincisi, beyni yaxşı vəziyyətdə saxlamaq, sinir sisteminin sağlam hissələrinin işləməsi üçün lazım olan sinir əlaqələrini 60 ildən sonra gücləndirməkdir.

Bunun üçün daha tez-tez oxumaq, yeni bir şey öyrənmək lazımdır. Xüsusi kompüter oyunları, diqqət və yaddaş üçün ən sadə testlər də çox kömək edir.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031