Yəmənin hava müdafiəsi ABŞ PUA-sını vuraraq yerə saldı
Yəmən ordusu və inqilabi xalq komitələri (Ənsarullah) qüvvələri bu gün (27 sentyabr) ABŞ-a məxsus pilotsuz uçuş aparatını (PUA) Məarib şəhərində kəşfiyyat missiyaları yerinə yetirən vaxt vuraraq yerə salıb.
Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii açıqlama verərək, ABŞ-ın vurulan kəşfiyyat təyyarəsinin Scan Eagle tipli olduğunu bildirib. “Allaha şükür olsun hava hücumundan müdafiə sistemlərimiz Məarib vilayətinin Madğal mahalının hava məkanında düşmənçilik fəaliyyətləri həyata keçirən Amerikanın bir kəşfiyyat təyyarəsini (Scan Eagle) uyğun silahla vurmağı bacardı”, - deyə sözçü bildirib. Scan Eagle 11,25 milyon dollar qiymətindədir. Hədəfləri havadan avtomatik tapan PUA-dır. Bu kəşfiyyat təyyarəsi normal ordulardakı PUA ilə müqayisədə kiçikdir, bu da uçuşunu asanlaşdırır. PUA elektro optik müşahidə kamerası və infraqırmızı kameralarla təchiz edilmişdir. Bu tip dronlar ABŞ-ın İraqa qarşı müharibəsi zamanı ortaya çıxıb və burada İraq əraziləri üzərində 1000-dən çox döyüş uçuşu edib. Oxşar xəbərlər
|