Sionist rejim fələstinlilərə hücum etdi: 7 şəhid var
Mьəllif: Admin
Tarix: 27-09-2021, 21:34
Bцlmə: Xəbərlər
Sionist rejim fələstinlilərə hücum etdi: 7 şəhid var
Sionist İsrail rejiminin qüvvələri dünən (26 sentyabr) səhər İordan çayının qərb sahili və Qüdsdə keçirdikləri basqınlar zamanı 7 fələstinlini şəhid ediblər.

Deyerler.org Ərəb KİV-lərinə istinadən xəbər verir ki, İordan çayının qərb sahilinin 5 fərqli bölgəsində, xüsusən də Ramallah yaxınlığındakı Beyt-Ənan kəndində və Cəninin Kəfr-Burkin qəsəbəsində təşkil edilən həbs basqınları zamanı işğalçı qüvvələrlə fələstinlilər arasında qarşıdurmaların baş verdiyi bildirilib.

Al-Ahad News-da gedən xəbərə görə, Beyt-Ənanda 2, Cənində 5 fələstinli şəhid olub.

Xəbərdə belə deyilir: “Sionistlərin düşmənçilik hərəkətlərinin artması səbəbi ilə, sionist məskunlaşma məntəqələri müqavimət qüvvələrinin raketləri tərəfindən hədəfə alına bilər”.

İordan çayının qərb sahili və Qüdsdə baş verən qarşıdurmalarda ən az iki sionist əsgər də ağır yaralanıb.

Sentyabrın 27-si İsrail rejiminin qüvvələrinin HƏMAS-a qarşı başlatdığı əməliyyatlarda İordan çayının qərb sahilində müqavimətlə üzləşib.

İsrail rejimi İordan çayının qərb sahilində hücumlarını davam etdirir. Cənin və Ramallahda təşkil edilən həbs basqınları zamanı baş verən qarşıdurmalar zamanı 5 fələstinli şəhid olmuş, 9 nəfər yaralanıb.

Fələstin Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada, Cənində 2, Qüdsün şimalında 3 fələstinlinin şəhid olduğu bildirilib.

Cənin bölgəsindəki basqınlar zamanı biri yaralı olmaqla 3 fələstinli də saxlanılıb. Hücumlarla əlaqədar yerli mediadakı görüntülərdə, işğalçıların geri çəkilməsindən sonra bölgədə qan izləri aşkar edilib.

Ölən fələstinlilərin cəsədlərindən bəzilərinin işğalçıların əlində olduğu məlum olub. Şəhid olanlardan biri dünən dəfn edilib. Kəfr-Burkin şəhərində 22 yaşlı Usama Subh üçün cənazə mərasimi keçirilib.

Fələstin bayraqları və müqavimət təşkilatlarının bayraqları daşıyan minlərlə insanın qatıldığı mərasimdə təkbirlər səsləndirilib və tez-tez İsrail rejiminə qarşı şüarlar səsləndirilib.

HƏMAS-ın İordan çayının qərb sahilindəki rəhbəri Saleh Əl-Aruri də qətliamla bağlı yazılı açıqlama verib. “Şəhidlərin qanı yerdə qalmayacaq.

Bunun üçün ödəniləcək ən böyük əvəz Fələstin, Qüds və Əl-Əqsa məscisdinin azad edilməsi olacaq. Şəhidlərin hər damla qanının əvəzi alınacaq. Fələstin xalqı şəhid verməkdən yorulmamalıdır”.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031