İsrailin sabiq baş naziri İran barədə etiraflar etdi
Mьəllif: Admin
Tarix: 28-09-2021, 22:34
Bцlmə: Xəbərlər
İsrailin sabiq baş naziri İran barədə etiraflar etdi
İsrailin keçmiş Baş naziri Ehud Olmert dünən "Haaretz" qəzetində dərc olunan bir məqalədə vurğulayıb ki, İsrail İranın nüvə obyektlərinə hücum etmək və tamamilə məhv etmək üçün klassik hərbi qabiliyyətə malik deyil.

Olmert Netanyahunun İranla bağlı siyasətini tənqid edib və yazdığı məqaləsində "Netanyahunun son illərdə apardığı siyasət İranın nüvə silahlarının yayılması ərəfəsində olması ilə bağlı təkrarlanan iddiaları özündə ehtiva edir.

Bu iddiaların heç biri doğru deyil, çünki uranın zənginləşdirilməsi mütləq bir ölkənin nüvə silahının yayılması ərəfəsində olduğu anlamına gəlmir", - deyib.

Olmert "İranın nüvə dövləti olması üçün bir neçə ay ərzində lazım olan miqdarda uranı zənginləşdirmək imkanı həmişə olub", - deyə bildirib.

Olmert daha sonra Ehud Barakın İsrailin İrana qarşı hərbi əməliyyata hazır olmadığı ilə bağlı son sözlərini təsdiqləyib.

Məqaləsində bu cür bir vəziyyətdə nə etməli sualına isə Olmert belə cavab verib: "Əsassız və həqiqi hərbi dəstək olmadan edilən təxribatçı ifadə və açıqlamalar ilə mövcud faktlar arasında böyük bir uçurum var.

Əslində, İraq və Suriyada olduğu kimi, İranın nüvə layihəsini məhv etmək üçün həqiqi bir klassik hərbi qabiliyyət yoxdur.

Hər halda vəziyyətin necə inkişaf edəcəyini proqnozlaşdırmaq mümkün deyil, ancaq İrandakı iqtisadi, sosial və siyasi sabitliyi pozmaq üçün səylər göstərilməlidir".
(eastnews.org)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031