Bu gün Gürcüstanda yerli özünüidarəetmə seçkiləri keçirilir
Ölkədə yerli özünüidarəetmə orqanlarına seçkilər səhər saat 08:00-dan etibarən başlayıb.
Bu gün ölkə ərazisində 65 şəhərə mer və 64 rayonun sakrebulosuna proporsional və majoritar sistem üzrə 2 068 deputat seçiləcək. Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata əsasən, ölkə üzrə 3 664 seçki məntəqəsində qeydiyyata alınan seçicilərin sayı 3 497 345 nəfər təşkil edir. Qeyd edək ki, seçkiləri 31 310 nəfər yerli, 1 024 nəfər isə beynəlxalq müşahidəçi izləyir. Səsvermə prosesini yerli və xarici 109 media qurumun 2 927 nümayəndəsi işıqlandıracaq. Xatırladaq ki, bələdiyyə başçısı seçkilərində 50%-dən çox səs toplayan namizəd qalib gələcək. Namizədlər lazımi miqdarda səs toplaya bilməsələr, ikinci tur seçkilər keçiriləcək. www.24news.ge Oxşar xəbərlər
|